Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan
qəsəbəsindəki Hacı
Zeynalabdin Tağıyev adına 123
nömrəli və 181 nömrəli
orta məktəblərin binalarında
aparılan yenidənqurma işlərinin
gedişi ilə tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
9-da Bakının Xəzər
rayonunun Mərdəkan qəsəbəsindəki Hacı
Zeynalabdin Tağıyev adına 123 nömrəli orta məktəbin
yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə
tanış olub, qəsəbədəki 181 nömrəli orta
məktəbdə aparılan əsaslı təmir işlərinin
gedişi ilə maraqlanmışdır.
2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin
əsaslı təmir və yenidən qurulması ilə
bağlı bu il üçün nəzərdə
tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın
orta ümumtəhsil məktəblərinin binalarında əsaslı
təmir və yenidənqurma işləri davam etdirilir.
Prezident
İlham Əliyev Hacı Zeynalabdin Tağıyev adına 123
nömrəli orta məktəbin təmirdən sonrakı vəziyyəti
ilə tanış olmaq üçün bu təhsil
ocağına gəldi. Görülən işlərlə
bağlı dövlət başçısına məlumat
verildi. Qeyd edək ki, Prezident
İlham Əliyev mayın 12-də Xəzər rayonunun Mərdəkan
qəsəbəsində görülən işlərlə
yaxından tanış olarkən sakinlər 123 nömrəli
orta məktəbin binasının əsaslı təmir
olunmasını dövlət başçısından
xahiş etmişdilər. Prezident İlham Əliyev məktəbin
binasının əsaslı şəkildə təmir və
bərpa olunması ilə bağlı yerindəcə
tapşırıqlar vermişdi.
Dövlət başçısının
tapşırıqlarına əsasən 123 nömrəli orta
məktəbin binası qısa vaxt ərzində ən
müasir standartlara uyğun olaraq əsaslı şəkildə
təmir edildi. Məktəbin ayrı-ayrı sinif otaqları,
fənn kabinetləri və laboratoriyalar tamamilə yenidən
qurulub, döşəmə və tavan dəyişdirilib,
fasadı bərpa edilib. Məktəb ən müasir kompyuter
avadanlığı ilə təchiz edilib. Məktəbin idman
meydançası da əsaslı şəkildə yenidən
qurulub. Burada idman dərslərinin keçirilməsi
üçün hər cür şərait yaradılıb.
Sonra
Prezident İlham Əliyev Mərdəkan qəsəbəsində
181 nömrəli orta ümumtəhsil məktəbinin
binasında əsaslı təmir və yenidənqurma işlərinin
gedişi ilə tanış oldu. Görülən işlərlə
bağlı Prezident İlham Əliyevə məlumat verildi.
Bildirildi ki, məktəbin binası 1965-ci ildə inşa
edilib, 4 hektar ərazisi vardır. 964 şagird yerlik 181 nömrəli
məktəbdə 1514 şagirdin təhsil aldığı, dərslərin
iki növbə üzrə tədris olunduğu qeyd edildi. Həyata
keçirilən əsaslı təmir və yenidənqurma
işlərinin gedişi ilə yaxından tanış olan
dövlət başçısı müvafiq
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2011.-10 sentyabr.-S.2.