Afrika ölkələrindən olan diplomatlar Azərbaycan

 Diplomatik Akademiyasının sertifikatlarını almışlar

 

 Sentyabrın 9-da Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Xəzər hövzəsi ölkələrinin öyrənilməsi" proqramı üzrə təlim keçmiş Afrika dövlətlərindən olan diplomatlara sertifikatlar təqdim edilmişdir.

Xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev dərslərin başa çatması münasibətilə kursun dinləyicilərinə təbriklərini çatdırmış, onlara sertifikatları təqdim etmişdir. Bildirmişdir ki, afrikalı diplomatlara regionun inkişafı, Azərbaycanın siyasi iqtisadi prioritetləri barədə dolğun məlumat verilmişdir. Eyni zamanda, diplomatlar ölkəmizin mədəniyyəti, tarixi irsi haqqında geniş informasiya əldə etmişlər.

Nazir müavini qeyd etmişdir ki, beynəlxalq təşkilatlarda müxtəlif məsələlərin müzakirəsində Azərbaycan ilə bağlı hər bir ölkənin fikri bizim üçün çox mühümdür. Bu baxımdan ADA-nın təşkil etdiyi proqram ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Gələcəkdə belə bir kursu nəinki diplomatlar, eləcə xarici ölkə nazirliklərinin agentliklərinin nümayəndələri üçün təşkil etməyi planlaşdırırıq.

Xarici diplomatlar Azərbaycan ilə bağlı təəssüratlarını bölüşərək qeyd etmişlər ki, ölkəmiz onların yaddaşında xüsusi iz buraxmışdır. ADA-da yiyələndiyimiz biliklərin səviyyəsi azərbaycanlıların səmimiyyəti yüksək qiymətə layiqdir. Bildirilmişdir ki, təlimə Nigeriya, Uqanda, Zimbabve, Namibiya, Qambiya, Madaqaskar, Cənubi Afrika Respublikasından 14 diplomat qatılmışdır. Diplomatlara ADA-nın, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri dərs demişlər. Eyni zamanda, diplomatlar üçün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı xüsusi təqdimat da keçirilmişdir.

Azərbaycanın mədəniyyəti tarixi haqqında ətraflı məlumat almaq üçün xarici diplomatlar Qubaya səfər etmiş, Bibiheybət məscidində, Səngəçal terminalında olmuşlar.

ADA cari ildə "Xəzər hövzəsi ölkələrinin öyrənilməsi" proqramı üzrə 43 xarici diplomata təlim keçmişdir.

 

Azərbaycan.-2011.-10 sentyabr.-S.4.