AzərTAc-ın sərəncamında ən
mütərəqqi texnologiyalar vardır
Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) ölkəmizdə elektronika məhsulları istehsalı və satışı üzrə aparıcı şirkət olan AZEL-in nümayəndələri ilə görüş olmuşdur.
Görüşdə
ölkəmizin müxtəlif dövlət
strukturlarını və kommersiya müəssisələrini
müasir texnologiyalarla təmin edən AZEL ilə AzərTAc
arasında əməkdaşlıq məsələlərinə
toxunulmuşdur.
AzərTAc-ın baş direktoru Aslan Aslanov beynəlxalq informasiya agentliklərinin bir sıra alyanslarının üzvü olan dövlət agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Prezident İlham Əliyevin 22 aprel 2010-cu il tarixli sərəncamı ilə əlaqədar innovasiya texnologiyalarının tətbiq edilməsinin vacibliyini vurğulamışdır. O qeyd etmişdir ki, həmin sənədə uyğun olaraq agentlikdə yeni multimedia xidməti yaradılmışdır. AzərTAc-ın tikilməkdə olan yeni inzibati binasında əməkdaşların ən müasir texnologiyalarla təmin edilməsi nəzərdə tutulmuşdur.
AZEL-in
prezidenti İqor Yakovenko şirkətin
reallaşdırdığı yeni məhsullar, o cümlədən
indiki dövrdə çox aktual olan arxiv məlumatlarının
saxlanması, informasiya təhlükəsizliyinin təmin edilməsi
problemləri barədə məlumat vermişdir.
Enerji
mənbəyindən asılı olmayan yaddaş
qurğuları sahəsində dünyada tanınmış
lider olan SanDisk şirkətinin MDB ölkələrində
satış üzrə regional meneceri Vitali Oginski isə
innovasiyalı filəş-toplayıcılar sahəsində
yeniliklər barədə məlumat vermişdir.
Görüşdə
AzərTAc-ın mühəndis heyətinin
informasiya-kommunikasiya texnologiyaları sahəsində yeniliklərlə
mütəmadi tanış edilməsi və AZEL ilə əməkdaşlığın
daha da genişləndirilməsi haqda razılıq əldə
edilmişdir.
Azərbaycan.-2011.-10 sentyabr.-S.4.