Azərbaycan Prezidenti
İlham Əliyev Dünya
Səhiyyə Təşkilatının baş direktoru xanım
Marqaret Çanı qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
12-də Dünya Səhiyyə Təşkilatının
baş direktoru xanım Marqaret Çanı qəbul etmişdir.
Baş direktor xanım Marqaret Çan
Dünya Səhiyyə Təşkilatının Avropa Regional
Komitəsinin 61-ci sessiyasının ölkəmizdə
yüksək səviyyədə təşkilinə görə
Azərbaycan hökumətinə, şəxsən Prezident
İlham Əliyevə minnətdarlığını bildirdi.
Azərbaycana bundan əvvəlki səfərlərini məmnunluqla
xatırlayan xanım Marqaret Çan ötən dövr ərzində
ölkəmizdə yüksək inkişafın şahidi
olduğunu qeyd etdi. O, dünyanın 53 ölkəsini təmsil
edən nümayəndə heyətlərinin bu tədbirdə
iştirakının ölkəmizdə gedən inkişaf prosesləri ilə
yaxından tanış olmaq baxımından önəmini qeyd
etdi.
Dövlətimizin
başçısı Dünya Səhiyyə Təşkilatının
Avropa Regional Komitəsinin 61-ci sessiyasının Bakıda
keçirilməsinin əhəmiyyətini vurğuladı. Prezident
İlham Əliyev dünyanın müxtəlif ölkələrindən
olan nümayəndə heyətlərinin Azərbaycanla, o
cümlədən ölkəmizdə səhiyyə sahəsində görülən işlərlə
yaxından tanış olması üçün bu tədbirin
yaxşı fürsət yaratdığını bildirdi.
Dövlətimizin başçısı Dünya Səhiyyə
Təşkilatının Azərbaycana göstərdiyi dəstəyə
görə təşəkkürünü bildirdi. Dünya Səhiyyə
Təşkilatı ilə ölkəmizin müvafiq
qurumları arasında uğurlu əməkdaşlığın
həyata keçirildiyini qeyd edən dövlətimizin
başçısı bu əməkdaşlığın gələcəkdə
daha da genişlənəcəyinə ümidvar olduğunu
bildirdi.
AzərTAc
Azərbaycan.-2011.-13
sentyabr.-S.2.