Azərbaycan Prezidenti
İlham Əliyev Fransanın nəqliyyat üzrə
dövlət katibi Tierri Marianinin başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
12-də Fransanın nəqliyyat üzrə dövlət katibi
Tierri Marianinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə
Fransa arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə
olundu, Fransa şirkətlərinin Azərbaycanda uzun illər
uğurla fəaliyyət göstərdiyi qeyd edildi, nəqliyyat
sektorunda əməkdaşlıq məsələlərinə
dair fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2011.-13
sentyabr.-S.2.