Azərbaycan Prezidenti
İlham Əliyev Almaniyanın sabiq xarici işlər
naziri Yoşka Fişeri qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
12-də Almaniya Federativ Respublikasının sabiq xarici işlər
naziri Yoşka Fişeri qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə
Almaniya Federativ Respublikası arasında ikitərəfli
münasibətlər, Avropanın enerji təhlükəsizliyində
Azərbaycanın rolu, regional və beynəlxalq məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.-2011.-13
sentyabr.-S.2.