Nazirlər Kabineti iki yeni qərar qəbul etmişdir

 

Nazirlər Kabineti son günlər iki yeni qərar qəbul etmişdir.

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq  Maliyyə Nazirliyinin  Ədliyyə Nazirliyi və Dövlət Dəniz Administrasiyası ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik tədris müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"ın təsdiq edilməsi haqqında" özünün 2009-cu il 6 noyabr tarixli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.

Qərar avqustun 25-dən qüvvəyə minmişdir.

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 fevral tarixli fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" özünün  1999-cu il 6 aprel tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.

Qərar sentyabrın 1-dən qüvvəyə minmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.

 

 

Azərbaycan.-2011.-13 sentyabr.-S.2.