Konstitusiya Məhkəməsi
Plenumunun növbəti iclası olmuşdur
Fərhad Abdullayevin sədrliyi ilə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti
açıq məhkəmə iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 316-cı maddəsinin Azərbaycan
Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 147-ci və
149-cu maddələrinə uyğunluğunun
yoxlanılmasına dair Azərbaycan Respublikasının insan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
sorğusu əsasında konstitusiya işinə
baxılmışdır.
Konstitusiya Məhkəməsi Plenumu
iş üzrə hakim K.Şəfiyevin məruzəsini,
sorğuverən və cavabverən orqanların nümayəndələrinin
çıxışlarını, ekspertin rəyini dinləyib,
işin materiallarını araşdırıb müzakirə
edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 316-cı maddəsinin
ipoteka institutunun mahiyyətinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu qərarda
formalaşdırdığı hüquqi mövqeyinə
uyğunlaşdırılması Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən
qüvvəyə minir, qətidir, heç bir orqan və ya
şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir oluna bilməz.
AzərTAc
Azərbaycan.-2011.-13
sentyabr.-S.3.