Parisdə xoşməramlı səfirlərin
11-ci illik toplantısı keçirilmişdir
Azərbaycanın
birinci xanımı, xoşməramlı səfir
Mehriban Əliyeva toplantıda iştirak etmişdir
Sentyabrın 12-də
Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin
11-ci illik toplantısı keçirilmişdir.
Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Heydər
Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva toplantıda iştirak etmişdir.
Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanı YUNESKO-nun mənzil-qərargahında
baş direktor İrina Bokova qarşıladı.
Mehriban xanım Əliyeva YUNESKO-nun
xoşməramlı səfirləri ilə
görüşdü. Xoşməramlı səfirlər Azərbaycanın
birinci xanımını böyük hərarətlə
qarşıladılar.
Xoşməramlı səfirlər
öz nüfuz və təsir dairələrindən istifadə
edərək bütün dünyada YUNESKO-nun idealları naminə
təşkilatın fəaliyyətini dəstəkləyirlər.
Onlar YUNESKO-nun konkret proqramlarında iştirak edərək təşkilatın
həyata keçirdiyi layihələrə mühüm
töhfələr verirlər. YUNESKO-nun xoşməramlı səfirləri
dünyada savadsızlığın azaldılması və
digər əhəmiyyətli kampaniyalarda da fəal iştirak
edirlər. Sadalanan bütün bu amilləri Azərbaycanın
birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva öz fəaliyyətində prioritet məsələ
kimi rəhbər tutur. Məhz buna görədir ki, Mehriban
xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri və
Heydər Əliyev Fondunun prezidenti kimi bütün dünyada
çox böyük nüfuza malikdir.
25 xoşməramlı səfirin
iştirak etdiyi toplantını YUNESKO-nun baş direktoru
İrina Bokova açdı.
Səfirləri salamlayan İrina Bokova
ötən dövrdə həyata keçirilən layihələr,
görülən işlər barədə xoşməramlı
səfirlərə məlumat verdi. İrina Bokova bildirdi ki,
YUNESKO dünyada təhsil, səhiyyə, mədəniyyət
və digər sosial sahələrlə bağlı problemlərin
həllini daim diqqətdə saxlayır. Baş direktor dövlətlər
və beynəlxalq təşkilatlar arasında bu istiqamətdə
əməkdaşlığın inkişafında maraqlı
olduqlarını dedi. YUNESKO-nun baş direktoru bir müddət
əvvəl Haitidə baş verən təbii fəlakətin
aradan qaldırılması üçün daim öz nəcib
təşəbbüsləri ilə seçilən Azərbaycanın
birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın yardımını yüksək qiymətləndirdi,
ona dərin minnətdarlığını bildirdi.
YUNESKO-nun xoşməramlı səfirlərinin
növbəti toplantısının böyük əhəmiyyət
daşıdığını deyən İrina Bokova təşkilatın
xoşməramlı səfirlərinin sırasına daha
beş yeni üzvün əlavə olunduğunu bildirdi.
Sonra xoşməramlı səfirlərin
sonuncu görüşündən ötən dövr ərzində
dünyasını dəyişən iki xoşməramlı səfirin
xatirəsi yad edildi.
Daha sonra çıxışlar oldu.
YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva
toplantıda çıxış etdi.
Xoşməramlı səfirlərin
11-ci toplantısında YUNESKO-nun fəaliyyəti ilə
bağlı məsələlər və təşkilatın
dəyərlərinin dünyada dəstəklənməsi
yolları müzakirə edildi. Sonra YUNESKO-nun gender bərabərliyindəki
fəaliyyəti, münaqişə və təbii fəlakətlərdən
sonrakı vəziyyət, "Təhsil hamı
üçün-2011" Ümumdünya məruzəsinin təqdimatı
və digər məsələlərlə bağlı məruzələr
dinlənildi, müzakirələr aparıldı. Bundan
başqa, toplantıda iştirakçılar gənclərin
problemləri, vətəndaşların sülhün və mədəniyyətlərarası
dialoqun möhkəmlənməsindəki iştirakının
genişləndirilməsi məsələlərinə
toxundular.
Bildirildi ki, YUNESKO-nun xoşməramlı
səfirlərinin illik toplantısı təşkilatın təhsil,
səhiyyə, mədəniyyət və digər sahələrdə
fəaliyyətinin əlaqələndirilməsi, yeni istiqamətlərin
müəyyən olunması baxımından xüsusi əhəmiyyət
daşıyır. Toplantı ölkəmizdə də həmin
sahələrdə həyata keçirilən proqram və
layihələr, əldə olunan uğurlar, qarşıda
duran vəzifələr barədə məlumat vermək
üçün çox önəmli auditoriyadır. Bu
gün bütün dünyaya məlumdur ki, Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı
səfiri kimi çox böyük işlər görür,
mühüm layihələr reallaşdırır.
Sonda xatirə şəkli çəkdirildi.
* * *
YUNESKO-nun mənzil-qərargahında Heydər
Əliyev Fondunun bir-birindən maraqlı nəşrləri də
təqdim olundu. Burada Azərbaycanın müasir
inkişafını əks etdirən şəkillərlə
yanaşı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun da
maraqlı fotoları var idi. Bundan başqa, Fondun Azərbaycan
tarixi və mədəni abidələri, təbiəti, səfalı
yerləri, xalçaçılıq sənəti, mətbəxi
barədə kataloqları da maraqla qarşılandı. Avropa
ailəsinin üzvü olan respublikamızın zəngin mədəniyyəti,
tarixi irsi haqqında Avropada daha güclü təbliğat
aparmaq baxımından Heydər Əliyev Fondunun nəşrləri
çox böyük əhəmiyyət daşıyır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Paris
Azərbaycan.-2011.-13
sentyabr.-S.3.