Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın
çıxışı
- Hörmətli YUNESKO-nun
baş direktoru
xanım Bokova!
Zati-aliləri!
Xanımlar və
cənablar!
Hörmətli dostlar!
YUNESKO-nun xoşməramlı
səfirlərinin illik
toplantısında sizi
səmimiyyətlə salamlayıram. Bu toplantını təşkil etdiyinə görə xanım Bokovaya səmimi minnətdarlığımı bildirirəm. Azərbaycanı burada təmsil etmək, dostlarımız
və həmkarlarımız
arasında olmaqdan böyük şərəf
hissi duyuram.
Xanımlar və
cənablar!
Bu ilin yazında biz Azərbaycanın
müstəqilliyinin iyirminci
ildönümünə həsr
olunmuş Azərbaycan
Gününü YUNESKO-nun qərargahında
təşkil etdik. Ölkəmiz həmin illər
ərzində bir çox problem və çətinliklərlə üzləşdi,
lakin biz həmin gərgin şəraitdən
layiqincə çıxdıq
və öz dövlətçiliyimizi qurduq.
Bu gün Azərbaycan
həyatın bütün
sahələrində, o cümlədən
mədəniyyət, elm və
təhsildə dinamik inkişaf edən müasir ölkədir.
Eyni zamanda, Azərbaycanın iqtisadiyyatı yüksək
templə inkişaf edir və ölkəmiz
regionun şəksiz iqtisadi lideridir.
YUNESKO ilə Azərbaycan arasında güclü və dəstəkləyici tərəfdaşlıq
təşəkkül tapıb. YUNESKO həm Azərbaycan
hökuməti, həm
ölkədə fəaliyyət
göstərən qeyri-hökumət
təşkilatları, eləcə
də Heydər Əliyev Fondu ilə əməkdaşlığını
inkişaf etdirir.
YUNESKO və Heydər
Əliyev Fondunun dəstəyi ilə biz yeni muzey və
mədəniyyət mərkəzləri
tikir, Azərbaycanda yüksək səviyyəli
musiqi festivalları təşkil edir və beynəlxalq konfranslar keçiririk.
Xanımlar və
cənablar!
Biz təhsilin inkişaf etdirilməsi, bəşəri mədəni
irsin qorunması və təhsilə daha geniş çıxışın təmin
edilməsi, ən vacibi isə, yoxsul ölkələrdə
və ehtiyac duyan ailələrdə uşaqlara təhsilin verilməsi kimi bir çox vəzifələri öz
qarşımızda qoymuşuq. Çətinliklər məngənəsində olan insanlara yardım göstərən
ilk təşkilatlardan biri
də hər zaman məhz YUNESKO olur. Bu gün
keçirilən toplantının
mövzusu təbii fəlakətlər və
münaqişələr sahəsində
təşkilatımızın üzərinə götürdüyü
öhdəliyə həsr
olunub. Azərbaycan bu məsələlərə
öz təcrübəsindən
bələddir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ
də həll olunmayıb. Ölkə torpaqlarının
böyük bir hissəsi işğal altındadır. Bir milyondan
artıq azərbaycanlı
öz doğma yurdlarına qayıtmaqdan məhrumdur. Qaçqın və məcburi köçkün düşərgələrində
anadan olmuş və böyümüş
uşaqlardan ibarət
yeni nəsil öz yurd-yuvaları barədə məlumatı
yalnız ata və babalarından öyrənir. Böyüklərlə yanaşı, bu uşaqların da təhsil və tibbi yardım almaq, inkişaf etmək və parlaq gələcəyə
malik olmaq hüququ vardır. Buna görə də
biz hərbi münaqişələr
və təbii fəlakətləri yaşamış
bütün ölkə
və xalqların ağrılarını anlayırıq
və bölüşürük.
Həmin
insanlar nəinki qidaya, çadırlara və tibbi ləvazimata
ehtiyac duyurlar. Təsirə
məruz qalmış
yerlərin sakinlərinin
normal həyatı bərpa
olunmalıdır. Dünyadakı bütün uşaqlar kimi, müharibə və təbii fəlakətlərin acılarını
yaşamış gənclərin
də xoşbəxt gələcəyə haqqı
vardır.
Qarşımızda duran digər mühüm və ağır vəzifə hərbi əməliyyatlar
və münaqişələr
zonalarında tarixi abidələrin qorunmasından
ibarətdir. Bu
abidələr qorunmur
və bir çox hallarda məhvə məruz qalır. Belə cinayətlər bəşəriyyətin
irsinə qarşı
yönəlir. Bu irsin qorunması və mühafizəsi təşkilatımızın əsas
prioritetlərindəndir.
Xanımlar və
cənablar!
Yarandığı gündən YUNESKO gənclərin
hüquqlarını müdafiə
edib. Onların təhsili və
inkişafı üçün
yeni imkanların açılması təşkilatın
əsas prioritetləri
sırasındadır. Bu gün gənclər
dünyanın dəyişilməsində
əsas iştirakçıdırlar
və dialoq ilə dözümlülük
mədəniyyətini fəal
surətdə təşviq
edirlər. Son qlobal hadisələr cəmiyyətin siyasi, iqtisadi və mədəni həyatının
fəal iştirakçılarına
çevrilmək fürsətinin
gənclər üçün
təmin edilməsinin
nə dərəcədə
vacib olduğunu nümayiş etdirdi.
İndi isə
mən Azərbaycanda həyata keçirdiyimiz bir sıra mühüm
təşəbbüsləri qeyd etmək istərdim!
İcazə verin, Sivilizasiyalar
Alyansı Təşəbbüsü
çərçivəsində gənclər platformasının
qurulmasında Dialoq və Əməkdaşlıq
naminə İslam Konfransının Gənclər
Forumunun gördüyü
böyük işləri
sadalamaqla başlayım. 2007-ci ilin noyabrında
Forum Heydər Əliyev
Fondunun və bir sıra beynəlxalq
təşkilatların dəstəyi
ilə Bakıda "Sivilizasiyalar Alyansı naminə Gənclər"
adlı beynəlxalq konfransı təşkil etdi. Gənc liderlər Sivilizasiyalar
Alyansına dəstək
olaraq qlobal gənclər hərəkatının
yaradılması ilə
bağlı təklifimizi
tam şəkildə dəstəklədilər.
Dörd il
gərgin iş apardıqdan sonra Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatı
Heydər Əliyev Fondunun himayəsi ilə Bakıda aprel ayında keçirilmiş birinci toplantıda təsis edildi.
Mədəniyyətlərarası dialoqa gender aspektini daxil etmək və qadın liderləri sülh mədəniyyəti mühitində
formalaşdırmaq məqsədilə
biz İslam Konfransının
Dialoq və Əməkdaşlıq naminə
Gənclər Forumu ilə "Mədəniyyətlərarası
Dialoqda Qızlar və Gənc Qadınlar" adlı xüsusi proqramı təqdim etdik. Bu iş 2008-ci ilin iyun ayında Bakıda YUNESKO və
İSESKO-nun birgə təşkil
etdiyi Mədəniyyətlərarası
dialoqda qadınların
rolunun gücləndirilməsinə
həsr olunmuş Beynəlxalq Forumda başlandı.
Biz informasiya və kommunikasiya
texnologiyaları sahəsində gənclərin yeni və
yaradıcı ideyalarını dəstəkləməkdə
davam edirik. Bakıda 2009-cu ilin noyabrında keçirilmiş və
təxminən 50 ölkədən gələn gənc İKT
peşəkarlarını bir araya gətirmiş "Yeni nəslin
İKT biliklərinin və bacarıqlarının gücləndirilməsi"
adlı beynəlxalq konfrans bu cür töhfənin bir təzahürüdür.
Məmnuniyyətlə bildirirəm ki,
cari ilin noyabr ayında Azərbaycanın paytaxtında digər
beynəlxalq təşəbbüs - İKT ölkələri
üçün Gənc Sahibkarlar Şəbəkəsi həyata
keçiriləcəkdir. Biz səmimiyyətlə həmin
şəbəkənin qurulmasını gözləyirik.
Çünki o, müsəlman ölkələrində gənclər
arasında işsizliyin azaldılması, gənclərin
radikallaşması və ekstremizm, eləcə də cinayətkarlıq
və digər əməllərə qoşulma kimi problemlərin
həllində gənclərə müxtəlif yollarla
yardımçı olacaqdır.
Hörmətli dostlar!
Bu gün biz çətin vəzifə
və problemlərlə üzləşirik. Bu
görüş yeni ideyalarla bölüşmək, əldə
etdiyimiz nailiyyətlər və
qarşılaşdığımız çətinliklər
haqqında danışmaq üçün yaxşı
fürsətdir. YUNESKO öz gərgin əməyi ilə bu məramı
daha da genişləndirəcək yüksək nüfuzlu təşkilatdır.
Sonda mən bu cür məsuliyyətli və
zəruri işdə hər birimizə uğurlar arzulamaq istəyirəm.
Sizə, həmçinin möhkəm cansağlığı
və səadət arzulayıram.
Əliyeva
Mehriban
Azərbaycan.-2011.-13
sentyabr.-S.4.