Azərbaycan Prezidenti İlham Əliyevin
Qobustan və Şamaxı rayonlarına səfəri
Qobustan şəhərində
ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Sentyabrın 13-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna gəlmişdir.
Dövlətimizin
başçısı əvvəlcə rayon mərkəzindəki
Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini
ziyarət edərək önünə gül dəstəsi
qoydu.
Prezident İlham Əliyevə məlumat
verildi ki, Heydər Əliyev prospektində yerləşən
bu park 2007-ci ildə istifadəyə verilmişdir. Dörd
hektardan çox ərazisi olan Heydər Parkında
yaşıllıq zolağı genişləndirilmiş,
göz oxşayan fəvvarə kompleksi
yaradılmışdır. Parkda rayon sakinlərinin istirahəti
üçün hər cür şərait vardır.
AzərTAc
Azərbaycan.-2011.-14
sentyabr.-S.1.