Prezident İlham Əliyev Şamaxının Sabir qəsəbəsində böyük şairin abidəsinin açılışında iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində sentyabrın 13-də Sabir qəsəbəsinə gəldi.

Dövlətimizin başçısına məlumat verildi ki, 3444 nəfərin yaşadığı qəsəbədə 4190 təsərrüfat mövcuddur. Son vaxtlarda  qəsəbənin küçələrində geniş abadlıq işləri görülmüş, elektrik və digər kommunal xətləri yenilənmiş, geniş yaşıllaşdırma işləri aparılmışdır. Qəsəbənin girişində görkəmli şair Mirzə Ələkbər Sabirin abidəsi ucaldılmışdır.

Prezident İlham Əliyev dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin abidəsinin açılışında iştirak etdi, önünə gül dəstəsi qoydu.

 

 

 AzərTAc

 

Azərbaycan.-2011.-14 sentyabr.-S.3.