Prezident İlham Əliyev Şamaxıda «Şirvan» mehmanxanasında aparılan yenidənqurma işlərinin
gedişi ilə tanış olmuşdur
Sentyabrın
13-də Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda
"Şirvan" mehmanxanasında aparılan yenidənqurma
işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin
başçısının diqqətinə
çatdırıldı ki, bina 1974-cü ildə inşa
edilmiş, ötən ilə qədər istifadədə
olmuşdur. Binanın istifadəyə yararsız olması nəzərə
alınaraq 2010-cu ilin fevralından mehmanxanada təmir işlərinə
başlanmışdır. Onmərtəbəli, 36 nömrəsi
olan mehmanxananın sahəsi 6 min kvadratmetrdir. Hazırda
binanın interyerində son tamamlama işləri
görülür. Burada yenidənqurma işlərini bu ilin
dekabrında başa çatdırmaq nəzərdə
tutulmuşdur.
Prezident İlham Əliyev nümunəvi
nömrələrin birində yaradılan şəraitlə
tanış oldu. Məlumat verildi ki, əsas binada mini bar,
hovuz, SPA mərkəzi, sauna, gimnastika bölməsi, türk
hamamı, bilyard klubu, 10-cu mərtəbədə 60 nəfərlik
restoran fəaliyyət göstərəcəkdir. Bundan əlavə,
mehmanxananın həyətində tikiləcək binada
böyük konfrans zalı, tədbirlərin keçirilməsi
üçün müxtəlif zallar və digər inzibati
otaqlar olacaqdır. Ərazidə uşaqlar üçün də
oyun meydançaları yaradılacaqdır.
Bildirildi ki, bu mehmanxana kompleksi
böyük turizm potensialı olan Şamaxıda qonaqların
qəbul edilməsində mühüm rol oynayacaqdır. Bundan əlavə,
rayona dincəlməyə gələnlərin rahat şəraitlə
təmin olunmasına geniş imkanlar açacaqdır.
Dövlətimizin
başçısı mehmanxananın yenidənqurmadan
sonrakı vəziyyətini əks etdirən stendlə
tanış oldu, tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2011.-14
sentyabr.-S.3.