Parisdə səfərdə olan Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva Fransa Senatının sədri Jerar
Larşe ilə görüşmüşdür
Parisdə səfərdə olan Azərbaycanın
birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan-Fransa
dostluq qrupunun sədri Mehriban xanım Əliyeva sentyabrın
13-də Fransa Senatının sədri Jerar Larşe ilə
görüşmüşdür.
Azərbaycanın birinci
xanımını Fransa Senatı binasının
qarşısında parlamentin sədri Jerar Larşe
qarşılamışdır.
Görüşdə Fransa Senatı ilə
Azərbaycan arasında əməkdaşlığın davam
etdiyi xüsusi vurğulanmışdır. Mehriban xanım Əliyeva
Fransaya səfərindən və Senatın sədri ilə
görüşdən məmnunluğunu bildirərək qeyd
etmişdir ki, Azərbaycan-Fransa dostluq qrupunun sədri kimi
ölkələrimiz arasında əməkdaşlığın
və parlamentlərarası əlaqələrin genişləndirilməsi
üçün səylərini davam etdirir. Bu baxımdan
Fransada Azərbaycan ilə bağlı təşkil edilən
mədəni tədbirlər, konsertlər, konfranslar, sərgilər
ikitərəfli münasibətlərin gücləndirilməsində
mühüm rol oynayır.
Ölkəmizin ən ağrılı
problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən
danışan Mehriban xanım Əliyeva demişdir ki, Fransa
Senatı əvvəllər də bu məsələdə
mühüm rol oynamışdır və gələcəkdə
də bu rolun əhəmiyyəti böyükdür.
Azərbaycanın birinci xanımı
Fransa Senatının sədrini ölkəmizə rəsmi səfərə
dəvət etmişdir. Görüşdə Fransa
Senatının Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon və
ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov
iştirak etmişlər.
Sonra qarşılıqlı hədiyyələr
təqdim olunmuşdur.
Əsgər ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Paris
Azərbaycan.-2011.-14
sentyabr.-S.5.