DST-nin Avropa
Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində
keçirilən brifinqdə miqrasiya məsələlərindən
danışılmışdır
Bakıda
Dünya Səhiyyə Təşkilatının (DST) Avropa
Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində
brifinq keçirilmişdir.
AzərTAc xəbər verir ki, brifinqdə DST-nin Avropa Regional Bürosunun
strateji proqramlar və xüsusi layihələr üzrə
direktoru Aqis Tsouros sessiyada
müzakirə olunan məsələlər barədə məlumat
vermişdir. Bildirmişdir ki, İslandiyadan Qazaxıstana qədər
ərazini əhatə edən Avropada insanların
sağlamlığında müxtəliflik mövcuddur. Ona
görə də 2020-ci ili də əhatə edəcək sağlamlıq proqramı tələb
olundu. Biz bu proqramı iki ildir ki, hazırlayırıq.
Sessiyaya təqdim olunan proqram ilkin variant kimi nəzərdə
tutulmuşdur.
Sessiyada insan sağlamlığına təsir
göstərən sosial amillərin müzakirə edildiyini
diqqətə çatdıran A.Tsouros miqrasiya məsələlərindən
də danışmışdır. Bildirmişdir ki, miqrantların sağlamlıq
hüquqları qorunmalıdır, onlara virus mənbəyi kimi
baxmaq olmaz. Bunun üçün hər bir ölkədə
qiymətləndirmə mexanizmi olmalıdır. Hər
hansı bir miqrant xəstəlik
daşıyıcıdırsa, o müalicə edilməlidir
ki, başqalarını yoluxdurmasın.
İnsan orqanlarının qeyri-qanuni
köçürülməsinə münasibət bildirən
qonaq bunun insan hüquqlarına
zidd olduğunu bildirmişdir. O demişdir ki, Dünya Səhiyyə
Təşkilatı bunu qəti olaraq pisləyir və dünya
səhiyyəsində insan orqanlarının
köçürülməsi transplantasiyası yalnız
qanuni formada həyata keçirilə bilər.
Azərbaycan.-2011.-14
sentyabr.-S.5.