BTC tikilərkən
aşkarlanmış arxeoloji tapıntılar haqqında kitab nəşr olunub
bp özünün BTC və
ÇQBK layihələrindəki tərəfdaşları ilə
birlikdə "Boru kəməri dəhlizində
keçmiş və gələcək irs - Azərbaycan,
Gürcüstan, Türkiyə" adlı kitabı ictimaiyyətə
təqdim edib.
Kitab Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və "Şahdəniz" qazını daşıyan Cənubi Qafqaz Boru Kəmərinin Xəzərdən Aralıq dənizinə qədər olan marşrutu boyunca tikinti zamanı aşkar olunmuş arxeoloji tapıntıları əks etdirməklə mədəni irsin qorunmasına dair sanballı bir tədqiqatın nəticələrini özündə birləşdirir.
Azərbaycan
Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya
İnstitutu, Gürcüstanın Milli Muzeyi və Türkiyənin
Qazı Universiteti tərəfindən aşkar edilmiş bu
qiymətli apxeoloji tapıntılar qorunmaq, tədqiq edilmək
və gələcək nəsillərə
çatdırılmaq üçün hər üç
ölkənin hökumətinə təhvil verilib. BTC və
ÇQBK boyunca aşkar olunmuş bütün arxeoloji
tapıntılar haqqında dəyərli tədqiqat
materiallarını və elmi məlumatları əks etdirən
bu kitab həm də dünyanın ən qədim mədəniyyətlərindən
birinə sahib olan üç ölkənin - Azərbaycan,
Gürcüstan və Türkiyənin tarixi irsi ilə
tanışlıq üçün bir mənbədir. Kitab
üç dildə - Azərbaycan, gürcü və ingilis
dillərində tərtib olunub.
Bu
arxeoloji tədqiqatlar və kitab mədəni irsin qorunması
yönümündə BTC və ÇQBK boru kəmərləri
boyunca həyata keçirilmiş böyük proqramın bir
hissəsidir. 2008-ci ildə başlanmış həmin
proqramın ictimai təbliğat və bacarıqların
yaradılması kimi iki əsas məqsədi vardı və
proqram üç əsas tərəf - Qobustan Dövlət
Tarixi-Bədii Qoruğu, Azərbaycan Arxeologiya və Etnoqrafiya
İnstitutu və Gürcüstan Milli Muzeyi üçün nəzərdə
tutulmuşdu.
Təqdimat
mərasimindəki çıxışında bp-nin Azərbaycan,
Gürcüstan və Türkiyə üzrə regional
prezidenti Rəşid Cavanşir demişdir: "bp şirkəti
və onun tərəfdaşları həqiqətən fəxr
edirlər ki, Xəzərdən Aralıq dənizinə qədər
bizim boru kəmərləri boyunca olan ərazilərdə
tarixən məskunlaşmış ən qədim
sivilizasiyaların mədəni
irslərinin tədqiqinə dəyərli töhfə
veririk. Bizim bu proqramımız azərbaycanlı,
gürcü, türk, britaniyalı və amerikalı
arxeoloqları tikinti zamanı boru xətti boyunca səfərbər
edərək yüzlərlə illər mövcud olan, amma bizə
məlum olmayan və heç vaxt qazıntı işləri
aparılmamış sahələri aşkar etmək imkanı
yaradıb".
Sözügedən
tədqiqatın nəticələri hər üç ölkə
üçün çox qiymətli milli-mədəni və
tarixi irs tapıntılarıdır. Onların bəziləri hətta regional əhəmiyyət
kəsb edir. Odur ki, yeni kitab hər üç xalqın milli-mənəvi
irsinin və dəyərlərinin qorunması səylərinə
sanballı töhfədir.
Azərbaycan.-2011.-14 sentyabr.-S.8.