Azərbaycan
Respublikasının dövlət ali təhsil
müəssisələrində ödənişli
əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil
xərclərinin ödənilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1.
2011/2012-ci tədris ilindən etibarən Azərbaycan
Respublikasının dövlət ali təhsil müəssisələrinin
bakalavriat və magistratura təhsil səviyyələrinə
yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil
alan "Qaçqınların və məcburi
köçkünlərin (ölkə daxilində
köçürülmüş şəxslərin) statusu
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan
Respublikası vətəndaşlarının təhsil
müddəti ərzində təhsil haqqı Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120
nömrəli qərarı ilə təsdiq edilmiş təhsil
xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti
hesabına ödənilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 14 sentyabr
2011-ci il
Azərbaycan.-2011.-15 sentyabr.-S.1.