Şuşa
şəhər 1 nömrəli orta məktəbi üçün yeni
binanın tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan təhsilinin tarixinə ilk
dünyəvi tədris ocaqlarından biri kimi daxil olmuş
Şuşa şəhər 1 nömrəli orta məktəbi
üçün yeni binanın tikintisini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Şuşa şəhər 1 nömrəli
orta məktəbi üçün Bakı şəhərinin
Yasamal rayonu ərazisində 360 şagirdlik yeni binanın
tikintisi məqsədi ilə Şuşa Rayon İcra Hakimiyyətinə
Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 1,5 (bir milyon beş yüz min) milyon
manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni müəyyən
olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 sentyabr 2011-ci il
Azərbaycan.-2011.-15
sentyabr.-S.2.