Prezident İlham Əliyev Monteneqronun Azərbaycanda yeni
təyin olunmuş səfiri Ramo
Braliçin etimadnaməsini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
14-də Monteneqronun ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Ramo
Braliçin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri
qarovul dəstəsinin
qarşısından keçdi.
Diplomat Ramo Braliç etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti
İlham Əliyev səfirlə söhbət
etdi.
Dövlətimizin başçısı Azərbaycan Respublikası
ilə Monteneqro Respublikası arasında əlaqələrin genişləndirilməsi
üçün yaxşı
imkanların olduğunu
vurğuladı. Prezident İlham
Əliyev ölkələrimiz
arasında ikitərəfli
münasibətlərin daha
da inkişaf etdirilməsi üçün
yüksək səviyyəli
qarşılıqlı səfərlərin
önəmini qeyd etdi. Dövlətimizin başçısı səfir Ramo Braliçin ölkəmizdəki
diplomatik fəaliyyətinin
əlaqələrimizin daha
da möhkəmləndirilməsi
işinə xidmət
edəcəyinə əminliyini
bildirdi.
Azərbaycan Respublikası
ilə Monteneqro Respublikasının dost dövlətlər
olduğunu vurğulayan
səfir Ramo Braliç ölkələrimiz
arasında əməkdaşlıq
üçün yaxşı
potensialın mövcudluğunu
qeyd etdi. O, səfir kimi Azərbaycan Respublikası
ilə Monteneqro Respublikası arasında ikitərəfli əlaqələrin
genişləndirilməsi işində
səylərini əsirgəməyəcəyini
bildirdi.
AzərTAc
Azərbaycan.-2011.-15
sentyabr.-S.2.