Bakıda DST-nin
Avropa Regional Komitəsinin
61-ci sessiyası işini
davam etdirmişdir
Sentyabrın
14-də "Gülüstan" sarayında Dünya Səhiyyə Təşkilatının
(DST) Avropa Regional Komitəsinin
61-ci sessiyası işini
davam etdirmişdir.
AzərTAc xəbər ki,
sessiyada DST Avropa
Regional Bürosunun direktoru
xanım Jujanna Yakab həyata keçiriləcək islahatlar
barədə məruzə
ilə çıxış
etmişdir. Bildirmişdir ki, DST-nin regionda
əhalinin sağlamlığının
qorunmasında fəaliyyətini
gücləndirmək və
bölgədə liderliyini
saxlamaq üçün
buna ehtiyac duyulur. DST-nin
strukturu və icra mexanizmləri, büdcəsi haqqında sessiya iştirakçılarına
məlumat verən
regional büronun direktoru
bu qurumun fəaliyyət istiqamətlərindən
də bəhs etmişdir.
Sonra müxtəlif ölkələrin
nümayəndələri məruzə
ətrafında müzakirələrə
başlamışlar. Müzakirələrdə iştirak edən
DST-yə üzv ölkələrin nümayəndələri
məruzədən irəli
gələn məsələlərə
münasibət bildirmişlər.
Qeyd edilmişdir ki, dünya əhalisinin sağlamlığına
cavabdeh olan bu qurumun yarandığı
vaxtdan 60 il
ötür. Bu illər ərzində sərhədlər dəyişilmiş,
bir çox ölkələr maliyyə
böhranı ilə üzləşmişlər. Odur ki, belə islahatların
aparılması, DST-nin
nizamnaməsinə əlavələr
edilməsi zəruridir.
Çıxış edənlər DST-nin islahatlar prosesini dəstəklədiklərini
bildirmişlər.
Müzakirələr zamanı Azərbaycan
Respublikası Səhiyyə
Nazirliyinin nümayəndəsi
də çıxış
edərək DST ilə
əlaqələrdən danışmış
və islahatların keçirilməsində bu
təşkilata kömək
göstərəcəklərini diqqətə çatdırmışdır.
Nəticə olaraq
DST-nin İcraiyyə Komitəsinin tərkibinə
və digər bölmələrə yeni
üzvlərin seçilməsi qərara alınmışdır.
Qeyri-yoluxucu xəstəliklər və ziyanlı alkoqol istehlakının azaldılması ilə bağlı Avropa fəaliyyət planları
sessiya iştirakçılarına
təqdim olunmuşdur.
Sessiyanın bugünkü toplantısı
planların diskussiyası
ilə işini yekunlaşdırmışdır.
DST-nin Avropa Regional Komitəsinin 61-ci
sessiyası sentyabrın 15-də işini davam etdirəcəkdir.
Azərbaycan.-2011.-15
sentyabr.-S.2.