Meksika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Felipe Kalderon İnoxosaya

 

 Hörmətli cənab Prezident!

Meksika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Meksika arasındakı dövlətlərarası münasibətlərin inkişafı dostluq əlaqələrimizin və əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Meksika xalqına əmin-amanlıq və rifah diləyirəm.

 

Hörmətlə,

 

 İlham ƏLIYEV,

Azərbaycan Respublikasının Prezidenti     

Bakı, 7 sentyabr 2011-ci il

 

Azərbaycan.-2011.-16 sentyabr.-S.1.