«Notariat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 83-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 1, maddə 40; 2001, N 10, maddə 640; 2002, N 8, maddə 478; 2003, N 6, maddə 290; 2005, N 8, maddə 717; 2006, N 1, maddə 9, N 7, maddə 590; 2007, N 6, maddə 606; 2008, N 3, maddə 174; 2009, N 1, maddə 9, N 2, maddə 71; 2010, N 7, maddə 610) 3-cü hissəsinin üçüncü bəndində "6-cı maddəsinin birinci, ikinci, üçüncü dördüncü hissələrində" sözləri "6-cı maddəsinin ikinci üçüncü hissələrində" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  15 sentyabr 2011-ci il

 

Azərbaycan.-2011.-16 sentyabr.-S.1.