İ.Ə.Hacıyevin Azərbaycan
Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli
səfiri təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
İbrahim Əsəd oğlu Hacıyev
Azərbaycan Respublikasının Hindistan Respublikasında
fövqəladə və səlahiyyətli səfiri təyin
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 sentyabr 2011-ci il
Azərbaycan.-2011.-16
sentyabr.-S.3.