İ.Ə.Hacıyevin Azərbaycan Respublikasının İndoneziya Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Filippin Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

İbrahim Əsəd oğlu Hacıyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Filippin Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 sentyabr 2011-ci il

 

Azərbaycan.-2011.-16 sentyabr.-S.3.