Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Gürcüstanda soydaşlarımızın
yaşadığı kəndlərdə yeni məktəb
binaları istifadəyə verilmişdir
Gürcüstanda
yeni dərs ilinin başlandığı gün - sentyabrın
15-də Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi
rayonundakı Həsənxocalı və Cəfərli kəndlərində
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binaları
istifadəyə verilmişdir.
Hər iki məktəb kompyuter dəstləri
və müvafiq mebellərlə təchiz olunmuşdur. Həsənxocalı
kənd məktəbində 100-dək, Cəfərli kəndindəki
təhsil ocağında isə
50-dək şagird təhsil alır.
Hər iki məktəbin
açılış mərasimində iştirak edən Heydər
Əliyev Fondunun əməkdaşı İlqar Mustafayev
kollektivləri yeni dərs ilinin başlanması münasibətilə
təbrik etmiş, onlara yeni dərs ilində uğurlar diləmişdir. Bildirmişdir
ki, Heydər Əliyev Fondu bir neçə ildir
Gürcüstanda soydaşlarımızın məskunlaşdığı
bölgələrdə müxtəlif tipli layihələr həyata
keçirir. Bu layihələrin sırasında məktəblərin
müvafiq ləvazimatlar, avadanlıqlar və dərsliklərlə
təchizatı, binaların əsaslı təmiri, yeni
binaların tikilib istifadəyə verilməsi mühüm yer
tutur.
İ.Mustafayev demişdir ki, bu il
Fondun təşəbbüsü
ilə Gürcüstanın Bolnisi rayonunda inşa edilmiş
iki məktəb binası ilə yanaşı, Marneuli və
Qardabani rayonlarının hər birində də bir məktəb
binası tikilmişdir. Yaxın
günlərdə hər iki məktəb binası istifadəyə
veriləcəkdir. Fond gələcəkdə də bu ənənəni
davam etdirəcəkdir. Çalışacağıq ki,
soydaşlarımız yaşayan kəndlərdə qəza vəziyyətində
olan bir məktəb binası belə qalmasın.
Mərasim
iştirakçıları gürcüstanlı soydaşlara qayğı və diqqətə
görə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə, həmçinin Heydər Əliyev Fondunun
prezidenti Mehriban
xanım Əliyevaya dərin minnətdarlıqlarını
bildirmişlər. Onlar əsası ümummilli liderimiz Heydər
Əliyev tərəfindən qoyulmuş
Azərbaycan-Gürcüstan dostluğunun ulu öndər siyasi məktəbinin
layiqli yetirməsi, Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən
böyük məmnunluq duyduqlarını
bildirmişlər.
Tədbirdə
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul
əməkdaşı Şövqi Mehdizadə,
Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Hüseyn Yusifov və digər
rəsmi şəxslər iştirak
etmişlər.
İslam ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Tbilisi
Azərbaycan.-2011.-16
sentyabr.-S.4.