Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana rəsmi səfəri

 

 Rəsmi qarşılanma mərasimi

 

Sentyabrın 16-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviçin rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Monteneqro Prezidentinə raport verdi. Monteneqronun Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Monteneqro Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət hökumət nümayəndələri Prezident Filip Vuyanoviçə, Monteneqro nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 1.