Dövlət
başçılarının geniş tərkibdə
danışıqları
Sentyabrın 16-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
-
Hörmətli cənab Prezident!
Hörmətli
qonaqlar!
Mən
sizin hamınızı Azərbaycanda salamlayıram, xoş gəlmisiniz!
Bu,
Sizin Azərbaycana birinci səfərinizdir və bu, əlbəttə
ki, ikitərəfli əlaqələrimizdə çox
mühüm yer tutan bir səfərdir.
Bu səfər tarixdə qalacaq, çünki birinci rəsmi səfərdir. Mən əminəm ki, səfər çox uğurlu keçəcək və səfərin nəticələri çox müsbət olacaqdır. Bizim ikitərəfli münasibətlərimiz çox uğurla və deyə bilərəm ki, çox böyük sürətlə inkişaf edir. Qısa müddət ərzində həm siyasi, həm iqtisadi sahələrdə məsləhətləşmələr aparılmışdır. Hər iki tərəf bu əlaqələrin inkişafı üçün dəyərli töhfələrini verir.
Mən əminəm ki, bu gün aparılan və aparılacaq danışıqlar ölkələrimizi daha da yaxınlaşdıracaqdır.
Bir daha Sizi salamlayıram,
xoş gəlmisiniz!
* * *
Monteneqro
Prezidenti Filip
VUYANOVİÇ səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:
- İcazə verin,
bu səfərə dəvət etdiyinizə görə mən Sizə dərin təşəkkürümü bildirim və bir daha Sizi
salamlayım. Bir daha fürsətdən istifadə edərək, Sizə dərin təşəkkürümü bildirirəm və öz nümayəndə heyətim adından Sizin nümayəndə
heyətinin üzvlərini
də səmimi qəlbdən salamlayıram.
Bildiyiniz
kimi, xarici işlər nazirlərinin
qarşılıqlı səfərləri həyata keçirilmişdir və
hesab edirəm ki, bu səfərimiz
də əlaqələrimizin
bundan sonra dərinləşməsinə və
inkişaf etdirilməsinə
öz müstəsna töhfəsini verəcəkdir.
Hesab edirəm
ki, iki ölkə
arasında siyasi əlaqələr iqtisadi əlaqələrin bünövrəsini
qoyacaq və bunu gücləndirəcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 1.