Qala Arxeoloji-Etnoqrafik
Muzey Kompleksi Monteneqro Prezidentində böyük maraq doğurmuşdur
Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın
17-də Bakının yaxınlığındakı
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşdur.
Ali qonağa məlumat verilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən bu layihə Azərbaycanın
tarixi keçmişinin
qorunub saxlanılması
ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə
çevrilməsinə də
xidmət edir. Burada hələ 1988-ci ildə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu yaradılmışdır. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl
III minillikdən XX əsrə
qədərki dövrə
aid kurqanlar, sərdabələr,
evlər, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid,
3 hamam və s. vardır. Bu abidələrin
qorunması, eləcə
də Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi
üçün 2008-ci ildə
Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik
muzey-kompleksi yaradılmışdır.
İki hektar ərazisi olan muzey-kompleksdə Abşeron
yarımadasında tapılmış
və eramızdan əvvəl III-II minilliklərdən
orta əsrlərə
qədərki dövrü
əhatə edən qayaüstü rəsmlər,
keramika, məişət
və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış
kompleksinin konservasiya olunmuş qalıqları və sair yerləşdirilmişdir.
Elektroavtobuslarla qoruğun ərazisini
gəzən Monteneqronun
dövlət başçısına
məlumat verildi ki, burada Əntiq
Əşyalar Muzeyi yaradılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə
inşa olunan muzeydə uzun illər ərzində yığılan zəngin
kolleksiya hazırda üç minədək maddi mədəniyyət nümunəsini əhatə
edir. Kolleksiyanın
əsasını təşkil
edən Azərbaycan sənətkarlarının yaratdığı
əntiq əşyalar
dəfələrlə beynəlxalq
sərgilərdə, o cümlədən
Paris, London, Vaşinqton, Berlin, Moskva, Qahirə, Rabat, Bişkek, Daşkənd və digər şəhərlərdə nümayiş
etdirilmiş və hər dəfə də böyük maraqla qarşılanmışdır.
Muzeydə bu nadir toplunun
800 eksponatı nümayiş
etdirilir.
Ali qonağa Qala abidə kompleksi haqqında da məlumat verilmişdir. Qeyd edilmişdir
ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya İnstitutunun
"Abşeron" arxeoloji
ekspedisiyası 2010-2011-ci illərdə
burada qazıntı işləri aparmışdır.
Qazıntılar nəticəsində e.ə. III-II minilliyə, həmçinin XIV-XV əsrlərə
aid müxtəlif tapıntılar
aşkar edilmişdir.
Kompleksə daxil olan X-XIV əsrə aid Qala qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədilə
istifadə olunmuş
X-XIV əsrə aid qüllənin
hündürlüyü 13,8
metrdir. XVI-XVII əsrlərin yadigarı olan istehkamda X-XVI əsrlərə aid qızıl
pullar, qızıl qolbaq qalıqları, keramika nümunələri
sərgilənir.
Monteneqro Prezidentinin diqqətinə
çatdırılmışdır ki, dünyanın ən qədim insan məskənlərindən
olan Azərbaycanın
ərazisi arxeoloji abidələrlə, maddi-mədəniyyət
nümunələri ilə
zəngindir. Kompleksin ərazisində
Abşeron yarımadasında
aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanmış
və bərpa olunmuşdur.
Məlumat verilmişdir ki,
qoruğun ətrafı
abadlaşdırılmış, ərazidə 170 min ağac
və bəzək kolu əkilmişdir. Buradakı göl və onun ətrafındakı
24,2 hektar ərazi tullantılardan təmizlənərək abadlaşdırılmışdır.
Parkın ərazisində uşaqların
maraqlı istirahəti
üçün əyləncə
meydançası istifadəyə
verilmişdir.
Monteneqro Prezidentinə xatirə
hədiyyəsi təqdim
edilmişdir.
Azərbaycan.-2011.-18
sentyabr.-S.2.