Səfər başa çatdı

 

 Monteneqronun Prezidenti Filip Vuyanoviçin Azərbaycana rəsmi səfəri sentyabrın 17-də başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monteneqro Prezidenti Filip Vuyanoviçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

 

Azərbaycan.-2011.-18 sentyabr.-S.2.