Azərbaycanın birinci xanımı Parisdə beynəlxalq konqresdə iştirak etmişdir

 

Xəbər verdiyimiz kimi, sentyabrın 15-də Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq konqres keçirilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konqresin açılışında iştirak etmişdir.

Birinci xanım Mehriban Əliyevanı Parisin 7-ci rayonunda konqresin keçirildiyi hərbi məktəbdə Fransa Terror Qurbanları Assosiasiyasının baş direktoru Qiyyom dö Sen Mark  qarşıladı.

Tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Sonra dünyada baş verən terror hadisələri qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Fransa Prezidenti Nikola Sarkozinin dəstəyi və Fransa Terror Qurbanları Assosiasiyası, eləcə də Beynəlxalq Terror Qurbanları Təşkilatının təşəbbüsü ilə keçirilən konqresi Qiyyom dö Sen Mark  açdı.

İştirakçıları salamlayan assosiasiyanın baş direktoru tədbirin əhəmiyyətini qeyd etdi və konqresin tərəfdaşlarına minnətdarlığını  bildirdi. Diqqətə çatdırıldı ki, Avropa Komissiyası, Fransanın Xarici və Avropa İşləri, Müdafiə, Ədliyyə, Daxili İşlər nazirlikləri və Paris meriyası ilə yanaşı, Heydər Əliyev Fondu da konqresin tərəfdaşları sırasındadır.

Azərbaycanın bu konqresə xüsusi maraq göstərdiyini deyən Qiyyom dö Sen Mark vurğuladı ki, tədbirdə Azərbaycandan olan terror qurbanlarının iştirakı məhz Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutub. Ölkəmizə səfər etdiyini və terror qurbanları ilə görüşdüyünü deyən Fransa Terror Qurbanları Assosiasiyasının baş direktoru Azərbaycanda da  belə bir  təşkilatın  yaradıldığını  yüksək qiymətləndirdi. Qiyyom dö Sen Mark qeyd etdi ki, indiyədək bu konqres İspaniya və Kolumbiyada keçirilib. Budəfəki konqresdə 35-dən çox ölkədən terror qurbanları və onların qohumları iştirak edirlər. Tədbirin əsas məqsədi terrorizmdən əziyyət çəkən insanlara dəstək verməkdir. Baş direktor qeyd etdi ki, gələcəkdə dünyada baş verən terror aktları qurbanlarının xatirəsinə abidə qoyulacaqdır.

Beynəlxalq Terror Qurbanları Təşkilatının sədri Karlos Romero tədbirin terror qurbanları üçün böyük əhəmiyyət daşıdığını dedi və əlavə etdi ki, terrorla mübarizədə bütün ölkələr, hökumətlər və mülki şəxslər səyləri birləşdirməli, bütün bəşəriyyət üçün təhlükə olan bu bəla ilə mübarizə əlaqələndirilmiş formada aparılmalıdır. O bildirdi ki, terrorizm və onun bütün fəsadları yalnız bir dövlət və xalq üçün deyil, ümumilikdə bütün bəşəriyyət üçün təhlükəlidir. Karlos Romero növbəti bu cür konqresin İspaniyada keçiriləcəyini bildirdi.

Amerika Birləşmiş Ştatlarının Fransa və Monakodakı səfiri Çarlz Rivkin 2001-ci il 11 sentyabr hadisələrindən danışdı. O qeyd etdi ki, həmin hadisələrdə 3 minə yaxın insan terrorun qurbanı olub. Səfir gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün bütün lazımi tədbirlərin görülməsinin vacibliyini vurğuladı. Diplomat ölkəsinin terrorla mübarizə istiqamətində apardığı işlərdən danışdı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə çıxış etdi.

 

 

Birinci xanım Mehriban Əliyevanın çıxışı

 

- Əlahəzrət Şahzadə!

 

Zati-aliləri!

 

Xanımlar cənablar!

 

Mən çıxışıma 7-ci Beynəlxalq Terror Qurbanları Konqresində iştirak etmək üçün səmimi dəvətə görə Fransa Terror Qurbanları Assosiasiyasına onun baş direktoru Qiyyom Sen Marka təşəkkürümü bildirməklə başlamaq istərdim.

Bu mühüm tədbir terror bəlasına qarşı mübarizədə onun dəhşətli nəticələrinin aradan qaldırılmasında dünyanın üzləşdiyi çağırışların təfərrüatla nəzərdən keçirilməsi üçün olduqca münasib fürsətdir. Əslində, biz terror qurbanlarına lazımi qayğı ilə yanaşmasaq, onunla mübarizədə qalib gəlmək mümkün olmaz. Təbii ki, terror aktları qurbanlarının çəkdiyi əziyyətlərin qarşısının alınmasına yönəlmiş səylər diqqət mərkəzində olmalıdır.

Dövlətlər, qeyri-dövlət qurumları bütövlükdə vətəndaş cəmiyyəti cəmiyyətlərimizin bu cür olduqca zəif təbəqəsinə mənəvi, maddi, tibbi, məsləhətçi digər formada dəstək yardımın göstərilməsində öz səylərini artırmalıdırlar. Onlara, həmçinin öz hüquqları izah edilməklə təcrid olunma hisslərinin azaldılması məqsədi ilə üzləşdiyi problemlərə ictimai diqqəti yönəldərək yardım etməliyik. Qurbanlara yardım əli uzadılmalıdır ki, onlar çəkdikləri əzablara tab gətirməyə güc tapsınlar. Onları əmin edirik ki, bu insanların başına gələnləri biz heç vaxt unutmayacağıq.

Əminəm ki, 35-dən artıq ölkədən, o cümlədən Azərbaycandan gəlmiş dünyanın bütün yerlərini təmsil edən böyük sayda iştirakçılar daha faydalı məzmunlu şəkildə fikir mübadiləsi aparmaq imkanından yararlanacaqlar. İnanıram ki, tədbirin ən böyük faydası bir tərəfdən qərarları qəbul edənlər, digər tərəfdən isə terror qurbanları vətəndaş cəmiyyətinin nümayəndələri arasında dialoq qarşılıqlı fəaliyyətdən irəli gələcək. Bu, həmçinin öz fərdi təcrübəsi ilə bölüşmək, tanış olmaq üzləşdikləri çağırışların aradan qaldırılması yollarını araşdırmaq üçün nadir fürsətdir.

 

Hörmətli iştirakçılar!

 

Terrorçuluq bütün dövlətlərə xalqlara hədədir. O, təhlükəsizliyimizə, cəmiyyətlərimizin demokratik dəyərlərinə, vətəndaşların hüquq azadlıqlarına, xüsusən , günahsız insanları hədəfə götürən təhlükədir. Terrorçuluq cinayət aktıdır istənilən şəraitdə əsaslandırıla bilməz.

Beynəlxalq səviyyədə bütün səylərə baxmayaraq, terrorçuluq hədəsi yüksək olaraq qalır. Əfsuslar olsun ki, Azərbaycan da bu bəladan xilas olmamış 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, ölkəmiz hərbi təcavüz xaricdən işğal ilə üzləşmişdir. Ölkəmizdə 30-dan artıq terror aktı törədilmiş nəticədə, 2000-dən çox soydaşımız qətlə yetirilmişdir.

Bir neçə gün öncə onuncu ildönümü qeyd edilmiş 11 sentyabr terror hadisələrindən dərhal sonra Azərbaycan terrorçuluğa qarşı mübarizəyə qoşuldu terrorçuluğa qarşı beynəlxalq koalisiyanın bir hissəsi kimi böyük töhfə verdi.

Hamımız bilirik ki, terrorçuluğun universal xarakterini nəzərə alaraq, fərdi qaydada göstərdiyimiz səylərin uğurlu olması apardığımız beynəlxalq əməkdaşlığın keyfiyyətindən asılıdır. Bu baxımdan, mən qurbanların üzləşdiyi problemlərin həllində birgə tədbirlərin görülməsində yardımçı olacaq Terror Qurbanları Beynəlxalq Assosiasiyasının yaradılması ideyasını bütövlüklə alqışlayıram. İnanıram ki, Fransanın təcrübəsi əsasında bu yaxınlarda yaradılmış təmsilçiləri bu gün aramızda olan Azərbaycan Terror Qurbanları Assosiasiyası gələcək uğurlara töhfə verəcəkdir.

Sonda belə bir tarixi toplantıdakı müzakirələrə böyük müvəffəqiyyətlər arzulayır sizi əmin edirəm ki, Azərbaycan terror qurbanlarına aid olan məsələlərin həllinə yönəlmiş beynəlxalq səylərə davamlı dəstəyini göstərəcəkdir.

 

Diqqətinizə görə minnətdaram.

 

* * *

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı alqışlarla qarşılandı.

Sonra Fransanın ədliyyə naziri Mişel Mersiye çıxış etdi. Fransa Prezidenti Nikola Sarkozinin salamlarını konqres iştirakçılarına çatdıran Mişel Mersiye vurğuladı ki, terror qurbanları hər zaman qayğı ilə əhatə olunmalıdırlar onların problem çətinlikləri hər bir insanı narahat etməlidir. Terrorizmin ümumbəşəri bəla olduğunu deyən ədliyyə naziri terror qurbanlarına dəstəyin bütün millətlər üçün vacib olduğunu diqqətə çatdırdı.

Daha sonra İspaniya şahzadəsi çıxış etdi. "Terrorçuların əməllərinə heç cür bəraət qazandırmaq olmaz", - deyən Şahzadə vurğuladı ki, dünyada terrorizmin kökünü kəsmək üçün hamı çalışmalıdır.

Fransa eləcə Avropa mediasının çox böyük diqqət mərkəzində olan tədbirdə dünyanın nüfuzlu tanınmış ictimai-siyasi xadimləri, müxtəlif millətlərin nümayəndələri, həmçinin Amerika Birləşmiş Ştatları, Rusiya, İspaniya, Kolumbiya, Misir, Pakistan, İran İraqın Fransadakı səfirləri bu ölkələrdən mütəxəssislər iştirak edirdilər.

Konqres işini sentyabrın 17-də başa çatdıracaqdır.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 4.