Azərbaycanın
xarici işlər naziri BMT Baş Məclisinin 66-cı
sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedəcəkdir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 19-da Nyu-Yorka səfərə gedəcəkdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan nümayəndə heyəti BMT Baş Məclisinin 66-cı sessiyasında iştirak edəcəkdir.
Səfər çərçivəsində E.Məmmədyarovun bir sıra ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 5.