Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüş

 

 Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov ilə görüşmüşdür.

Türkiyə parlamentinin sədri türkdilli ölkələrin qanunverici orqanları arasında əməkdaşlığa böyük əhəmiyyət verdiyini, bu baxımdan TürkPA-nın fəaliyyətini zəruri hesab etdiyini söyləmişdir. Ramil Həsənov TürkPA-nın fəaliyyəti, keçirilən tədbirlər, gələcək planları haqqında Cəmil Çiçəyə ətraflı məlumat vermiş, təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyə görə Türkiyə parlamentinin sədrinə təşəkkürünü bildirmişdir.  

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 5.