Ermənilər bir-birilərinə
qənim kəsilirlər
Bu dəfə ermənilərin
diaspor qurumlarının qəzəbinə II Qaregin tuş gəlib
Tarix boyu
böyük güclərin əlində yalnız bir vasitə
olan, hər zaman bu və ya digər dövlətin ərazisində
məskunlaşan ermənilər torpağa, vətənə
bağlı olmayan xalq kimi tanınıb. Bunu şərtləndirən
əsas səbəblərdən biri ermənilərin bir millət
olaraq formalaşdığı vaxtdan etibarən hər
hansı tarixi torpağının yoxluğu olub. Çox da
uzağa getməyən erməni tarixinə nəzər
yetirdikdə aydın görmək olar ki, bu xalq daim başqa
dövlətlərin ərazilərində məskunlaşıb,
zaman-zaman isə yaşadıqları yerlərdən başqa
məskənlərə köç ediblər. Buna əsas səbəb
yenə dünya siyasətinin gedişini müəyyənləşdirməyə
çalışan güclər tərəfindən ermənilərə
adi bir vasitə kimi yanaşılması olub.
İndiki Ermənistanın qədim Azərbaycan
torpaqlarında başqa dövlətlərin birbaşa
müdaxilə və yardımı ilə yaradılması
sözügedən kontekstdə dünya ictimaiyyəti tərəfindən
qəbul edilən və istənilən formada təkzibi
mümkün olmayan faktdır. Bu mənada, təsadüfi deyil
ki, ermənilər hər fürsət düşən kimi Ermənistanı
birdəfəlik tərk edərək müxtəlif xarici
ölkələrdə məskunlaşırlar. Çünki
bu torpaqla hər hansı tarixi bağlılıqları yoxdur
və buna görə vətən sevgisindən məhrumdurlar.
Xaricə köç edən ermənilərin çox vaxt Ermənistanla
əlaqələrini tamam kəsmələri, bu ölkədə
baş verənlərə biganə yanaşmaları da qeyd
edilənlər fonunda tamamilə təbii
sayılmalıdır. Elə müxtəlif dövlətlərdə
yaranan və fəaliyyət göstərən erməni diaspor
təşkilatlarının və lobbisinin Ermənistana münasibətlərindən
də bunu aydın görmək mümkündür.
Danılmaz həqiqətdir
ki, bu gün
Ermənistanın üzləşdiyi çoxsaylı böyük problemlərin meydana
gəlməsində və getdikcə daha da dərinləşməsində əsas günahkar tərəflərdən biri məhz erməni diasporudur.
Ermənistanın istər daxili,
istərsə də xarici siyasət
vektorlarının müəyyən olunmasında həlledici
təsir gücünə malik diaspor təşkilatlarının mövcud fəaliyyəti adıçəkilən
ölkəni getdikcə daha böyük problemlərə düçar
edir. Lakin fəaliyyət göstərdiyi xarici
ölkə ərazisində özünə rahat
şərait yaradan, maddi
çətinliklərlə üzləşməyən erməni
diasporunu Ermənistanın üzləşdiyi
problemlər qətiyyən maraqlandırmır. Əksinə, diaspor Ermənistan hakimiyyətinin onun diktəsi ilə hərəkət etməsi
üçün daim
rəsmi Yerevanı böyük
təzyiq altında saxlayır, tez-tez bu ölkəyə göndərdiyi maliyyə
və digər yardımları kəsəcəyi ilə hədələyir.
Genişmiqyaslı sosial-iqtisadi problemlər
məngənəsində boğulan Ermənistan
hakimiyyəti isə hər zaman diaspor qurumlarından gələn göstəriş
və əmrləri can-başla yerinə
yetirməyə müntəzir dayanır. Elə bunun nəticəsidir ki,
Ermənistanın taleyini həll edən qərarlar
bu ölkədə yox,
onun sərhədlərindən kənarda
qəbul olunur. Bu vəziyyət
Ermənistanın onsuz da
formal xarakter
daşıyan dövlətçiliyinin məhvini daha da sürətləndirməkdə,
onun iflasını tezləşdirməkdədir.
Son dövrlər isə erməni diaspor və lobbi
qurumlarının Erməni Apostol kilsəsi
və onun rəhbəri II Qareginlə kəskin
ziddiyyətlərə getməsi
Ermənistan üçün yeni problemlər yaradır. Xaricdəki erməni
qurumları II Qareginin istefaya
getməsi üçün hər cür təzyiqlərdən faydalanmağa
çalışırlar, hətta sosial
şəbəkələrdə belə ermənilərin baş keşişinin əleyhinə
kampaniya da
aparırlar. Kilsəni alver mənbəyinə
çevirən, maliyyə imkanları geniş
olan II Qaregin hələ
ki lobbiyə müqavimət göstərə
bilir. Elə bu da tərəflər arasında çəkişmənin
daha radikal xarakter almasına rəvac verir.
Onu da qeyd edək ki, II Qareginin mövcud fəaliyyəti və din xadimindən daha çox biznesmen kimi ad
çıxarması sadə ermənilərin də bu şəxsdən, onun ətrafından
böyük narazılıq duymasına gətirib
çıxarıb. İndi Ermənistanda
bəyan edilir ki, əgər
Serj Sarkisyan
iqtidarı ölkəni total korrupsiya və
rüşvətxorluq girdabına atıbsa, II Qaregin
də həmin prosesi erməni kilsəsində
həyata keçirir.
Sosial şəbəkələrdə fəaliyyət
göstərən və "Katolikosun
istefasını tələb edirik" -
deyən vətəndaş təşəbbüs qrupu bəyan edir ki, II Qaregin dərhal istefaya getməlidir.
Bunun üçün
isə kifayət qədər tutarlı səbəblər
göstərilir. Qeyd olunur
ki, katolikos erməni
dilinə və erməni xalqının gələcəyinə
etinasız yanaşır. Həmçinin II Qaregin
vəzifədə olduğu illərdə
Ermənistan kilsələrinə və məbədlərinə
qarşı mədəni soyqırımı həyata keçirilib. Adıçəkilən qrup bəyan edir ki, Qareginin gəlişindən
sonra erməni ruhanilərin korrupsiyaya qurşanması daha
geniş hal alıb və
bu, erməni kilsəsinin gələcəyini
təhlükə altında qoyur. Bununla yanaşı, erməni katolikosu
kilsəni zəiflədərək müxtəlif sekta təşkilatlarının fəaliyyətini
stimullaşdırıb, eyni zamanda, kilsə və xalq
arasında böyük uçurum
yaradıb. Nəticədə insanlarda kilsəyə
qarşı yaranan inamsızlıq və
hörmətsizlik daha da
dərinləşib. Kilsə və hakimiyyətin səmimi olmayan və şübhə doğuran
"qardaşlığı" da Qareginə
qarşı istifadə olunan əsas
arqumentlər sırasında yer alır.
Kilsənin biznes dünyasına cəlb
edilməsini isə erməni cəmiyyəti ilə
yanaşı, diaspor təşkilatları
da qəbul etmədiklərini bildirirlər.
Erməni Apostol kilsəsinin mövcud
fəaliyyəti erməni bloqqerlərinin də əsas tənqid
hədəfi sırasında yer alır.
Müxtəlif bloq yazılarından belə
məlum olur ki,
hazırda Erməni Apostol kilsəsi
var-dövlət uğrunda amansız təqib,
fərqli fikirlərin boğulması, kriminal
və seksual zorakılıq əməllərini
həyata keçirməkdədir. Erməni bloqqer Areon "Erməni
kilsəsinin quldurları və Ermənistanda dağılan məbədlər"
adlı bloq yazısında qeyd edir ki, yüzlərlə erməni
monastır kompleksi xarabalığa çevrilir, onların daşları üzlük kimi bütün Ermənistana döşənir.
Mafioz struktur olan Erməni Apostol kilsəsinin
rəhbəri II Qaregin isə özünü elə aparır ki, sanki heç
nə baş vermir. Qaregin özü fəal
şəkildə dağıdıcılıq fəaliyyəti
ilə məşğul olur. Məhz o, Yerevanda Erməni dili İnstitutunu məhv etdi (onun yerində
özünə növbəti iqamətgah ucaltmaq
üçün). Qaregin
bütün dünyada
erməni icmalarını dağıdır. Belə ki, o öz
qanunsuz qərarı ilə Moskvada erməni yeparxiyasının rəhbəri
Yerzası tutduğu vəzifədən
uzaqlaşdıraraq yerinə xalası oğlunu
təyin edib. Axı, bu
vəzifə olduqca gəlirlidir,
Rusiyanın bütün erməni
icmasından gəlir qoparmağa imkan verir.
Belə məlumatlar
da yayılıb ki,
xaricdəki erməni diasporu müxtəlif
dövlətlərdə, məsələn, Fransa,
Belçika, Hollandiya
və İsveçrədəki erməni kilsələri ilə
Qareginə qarşı birləşib. Ancaq
informasiya baxımından kütləşdirilmiş
və zombiləşdirilmiş Ermənistan cəmiyyəti hələ
aktiv şəkildə Qareginə
qarşı gedən mübarizəyə qoşula
bilmir.
Qaregin isə kilsəyə verilən bütün ianələri öz
nəzarətinə keçirə bilib və
hətta geniş biznes
şəbəkələri qurub. Elə bunun nəticəsidir ki, onun baş yepiskopları
bahalı xarici avtomobillərdə gəzir.
Məsələn, Erməni Apostol kilsəsinin Ararat
yeparxiyasının rəhbəri Navasard Kçoyan qiyməti 200 min
dollar olan "Bentley" markalı avtomobil
sürür. Erməni Apostol
kilsəsinin keçmiş xadimlərindən
olan Saak adlı keşiş hələ cari
ilin əvvəllərində mediaya verdiyi
açıqlamada kilsə
daxilində baş verənlərlə
bağlı ilginc faktlar
səsləndirmişdi. O demişdi:
"Erməni Apostol kilsəsi bu gün tamamilə bütün ermənilərin katolikosu
II Qareginə və onun qardaşı, Moskva yeparxiyasının rəhbəri Yerzasa məxsusdur. Onlar
ağıllarına gələn hər şeyi
edir və heç kim də onlara bir söz deyə bilməz.
Yüksək rütbəli dini ruhanilərin
siyahısı tamamilə dəyişdirilib, onlar
ciddi dindarlardan can qurtararaq ikilikdə bütün kilsəni idarə edirlər. Kilsədə
kriminal qanunlar hökm sürür, kilsə
kriminal aləmdən heç
nə ilə fərqlənmir. Kilsə öz
missiyası ilə məşğul olmaq əvəzinə,
bizneslə, çirkli pulların
yuyulması ilə məşğuldur. Eçmiədzində
yüksək rütbəli ruhanilər var
ki, nəqliyyat sferasında bizneslə məşğuldurlar,
taksi marşrutları şəbəkələri
var".
Erməni
keşişlərinin yenə Qareginin nəzarəti
altında narkotik, şərab alveri ilə məşğul olduğuna
dair məlumatlar da mövcuddur. Ermənistanda dini vəzifələrə
təyinat isə pul və
tanışlıqla həyata keçirilir.
Daha öncə isə erməni bloqqerləri
Erməni Apostol kilsəsində olan anonim mənbələrə
istinadən bildirirdi ki,
erməni icmalarında homoseksualizm daha çox xristian kilsələrində və
monastırlarda geniş yayılıb. Erməni bloqqerlərdən biri yazır: "Eçmiədzin
seminariyasında olan çoxdankı
tanışlarımdan biri dinləyicilər
arasında olan homoseksualizmi
xatırlayır. Burada hələ sovet illərindən homoseksualizm
olub. Bütün bu iyrəncliyi xalqımız neçə illərdir
çiynində daşıyıb və sonadək də
daşıyacaq".
Erməni Apostol kilsəsi ilə diaspor
təşkilatları arasında yaranan gərginlik,
şübhəsiz ki, II Qareginin
rəhbərlik etdiyi qurumun
daha çox eybəcərliklərinin
üzə çıxmasına gətirib çıxaracaq. Ona qarşı səslənən
ittihamları və ortaya qoyulan
faktları rədd edən II Qaregin Serj Sarkisyan iqtidarından
lazımi dəstək almaq üçün fəaliyyətə keçib. Lakin
Sarkisyanın taleyinin də erməni lobbi və diaspor təşkilatlarından
xeyli dərəcədə
asılılığı nəzərə alınarsa, II Qareginin durumunun o qədər də yaxşı olacağı
gözlənilmir.
Rasim BAYRAMOV
Azərbaycan.-2011.-18
sentyabr.-S.10.