Yaddaşlarda yaşayanlar
Yeni nəşrlər
Vətənin oğul
deyib ədalət və cəsarətinə
güvəndiyi tarixi şəxsiyyətlərimiz
az olmayıb. Təəssüflər ki, xalqımızın belə qəhrəmanları yetərincə olsa
da, onların bəziləri sonrakı nəsillərə
təqdim olunmayıb. Bunun əsl səbəbi
kimi, müxtəlif dövrlərdə ictimai quruluşların gətirdiyi siyasi ab-hava göstərilir.
Bununla yanaşı, xalqın yetişdirdiyi, ədalət və cəsarət
simvolu sayılan igidləri qəlbimizdə
saxlamışıq. Zaman-zaman torpaqlarımızın işğalına
çalışmış erməni daşnak
quldurlarının cavablarını verənlərin, xalqın
qəlbində əsl qəhrəman kimi
yaşayanların arasında laçınlı Sultan bəylə Xosrov bəy
qardaşlarının son illər
adları daha tez-tez
çəkilir. Bunun səbəbi məhz
onların vətənpərvərlikləri ilə
bağlıdır.
Dövlət
müstəqilliyimizin bərpasından sonra belə tarixi
şəxsiyyətlərin xalqımıza qaytarılması (əslində,
onlar daim qəlblərdə
yaşayıblar) istiqamətində
mühüm işlər görülür. Bu mənada tarix elmləri doktoru, professor Ziyadxan Nəbibəylinin "Nurlar"
nəşriyyatında çapdan
buraxılan "Sultan bəy və Xosrov bəy qardaşları"
kitabının geniş oxucu
auditoriyasına çıxarılmasının böyük əhəmiyyəti var.
Ötən
əsrin 20-ci illərində Zəngəzur-Qarabağ bölgəsində
xarici havadarlarının fəal hərbi-siyasi
dəstəyi ilə erməni daşnakları tarixdə
xalqımıza qarşı misli
görünməmiş amansızlıqlar törətmiş,
soyqırımı siyasəti yürütmüşlər. Etnik təmizləmə siyasəti həyata keçirmiş erməni-daşnak hərbi dəstələrinə
qarşı ümumxalq mücadiləsinin
başında duran xalq
qəhrəmanı Sultan bəyin anadan olmasının 140 illiyi
ilə əlaqədar işıq üzü
görmüş
yeni nəşr "Zəngəzur"
Cəmiyyətləri Birliyinin elan etdiyi müsabiqənin
şərtlərinə uyğun təqdim
edilən ən yaxşı elmi-tarixi əsərlərdəndir.
Adı çəkilən kitabın işıq üzü görməsində məqsəd təkcə
ata Paşa bəylə oğulları Sultan bəy və Xosrov bəyin xalqımıza bir
daha təqdim olunması deyil. Qarabağın aranlı-dağlı ellərinin tarixi, etnoqrafiyası, məişəti, təsərrüfatı
barədə elmi
axtarışların nəticəsindən toplanmış kitabda bu torpağın
yetirmələri kimi, onlar dosta dost, düşmənə
düşmən xarakterli qəhrəman olaraq göstərilirlər. Müəllif haqlı olaraq
göstərir ki, əsas məqsədi
erməni daşnaklarının xalqımıza hansı zillətləri
verdiklərini, onlara qarşı
aparılmış nümunəvi mübarizəni yaddaşlara və
tarixə həkk etməkdir. Elmi və tarixi
axtarışların nəticəsi olan bu publisistik əsər Azərbaycanın qədim
torpaqlarından olan Zəngəzur
mahalının Hacısamlı bölgəsinin yetirməsi Sultan bəydən, qardaşı - Azərbaycan
Xalq Cümhuriyyətinin ilk
hərbi naziri, Gəncə və
Qarabağın general-qubernatoru Xosrov bəydən, atası Paşa bəydən və təmsil
olunduqları Qarabağ - Zəngəzurun
və onun Laçın bölgəsinin
etnomənəvi dəyərlərindən bəhs edir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-2011.-18
sentyabr.-S.11.