İranda xalq tətbiqi sənəti ustalarının əl işlərindən
ibarət sərgi başa çatmışdır
Xəbər
verildiyi kimi, sentyabrın 11-dən 16-dək İranın
Xorasan vilayətinin Bocnurd şəhərində İqtisadi Əməkdaşlıq
Təşkilatının (İƏT) Mədəniyyət
Müəssisəsinin təşkilatçılığı
ilə xalq tətbiqi sənəti ustalarının əl
işlərindən ibarət sərgi keçirilmişdir.
AzərTAc xəbər verir ki, sərgidə
Azərbaycanı tətbiqi sənət ustaları Mehriban Əliyeva-Xəlilzadə
və Adil Xəlilzadə təmsil etmişlər. Onların sərgidə
nümayiş olunan bədii tikmələri, milli geyimləri və
bərpa edilən qədim xovlu-relyefli tikmə texnikası əsasında
yaradılmış əsərləri
tamaşaçıların marağına səbəb
olmuşdur. Həmyerlilərimiz sərgi müddətində
İranın bir sıra KİV-inə müsahibələr
vermişlər.
Sentyabrın 16-da Şimali Xorasan əyaləti
və şəhər rəsmilərinin, İƏT nümayəndələrinin
iştirakı ilə sərginin təntənəli
bağlanış mərasimində iştirakçılara, o
cümlədən azərbaycanlı sənətkarlara "ECO
Handcraft Exhibition" (İƏT Əl İşləri Sərgisi)
şəhadətnamələri təqdim olunmuşdur.
Azərbaycan.-2011.-18
sentyabr.-S.11.