Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdünün təsis edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il
11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara
alıram:
1. Azərbaycanın neft sənayesində
səmərəli fəaliyyətinə görə
aşağıdakı şəxslərə Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
İsmayılov Əliş
Müseyib oğlu
Köçərli
Şahvələd Süleyman oğlu
Məmmədov
Məlik Mirzə oğlu
Məmmədov
Rafik Mirağa oğlu
Namazov
Şamil İsmayıl oğlu
Rzabəyov
İdris İbrahim oğlu.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
19 sentyabr 2011-ci il
Azərbaycan.-2011.-20
sentyabr.-S.1.