Məsuliyyətimiz artdı

 

Dövlət başçısına minnətdarlıq

 

 "Bizdə sənət də var, sənətə hörmət də". Bu sözləri həmişə qürurehtiramla ifadə edirik. Ümummilli lider Heydər Əliyevdən başlanan sənətə və sənətkara qayğı dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən ləyaqətlə davam etdirilir. Açığı, sənətə gəldiyim gündən çalışmışam ki, ustadlarımın tövsiyələrinə əməl edim, Azərbaycan musiqisinin inkişafında mənim də əməyim olsun. Uzun illərdir ki, Milli  Konservatoriyada baş müəllim işləyirəm. Dərs dediyim tələbələrin də vətənə, mədəniyyətə xidmət ruhunda yetişməsinə can atıram.

Heydər Əliyev Fondunun təşəbbüsü, xüsusilə də Mehriban xanım Əliyevanın böyük xidməti sayəsində bu gün milli musiqimiz, muğamlarımız yeni tərəqqi erasını yaşayır. Paytaxtda, eləcə də bölgələrdə keçirilən müsabiqələr, yarışmalar, beynəlxalq festivallar mədəniyyətimizin inkişaf üfüqlərini şərtləndirir. Bu gün dünya Azərbaycan muğamlarına məftundur.

Mədəniyyətimizin, musiqimizin belə ürəkaçan şəkildə təbliği, təqdimi bizə yeni yaradıcılıq ruhu verir. Önəmlidir ki, bu sahədə hər birimizin çəkdiyi zəhmət ölkə başçısı tərəfindən müntəzəm surətdə dəyərləndirilir. Mənzil məsələsindən başlamış həyat tərzimizə, maddi durumumuza, mənəvi güc almağımıza qədər bizə hər cür qayğı və diqqət göstərilir. Bu günlərdə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adlar verilib. Sevinirəm ki, Prezident İlham Əliyevin imzaladığı bu sərəncamda mənim də ismim var. "Əməkdar artist" fəxri adına layiq görülmüşəm. Sevincimi, keçirdiyim xoş hisləri bildirməyə söz tapmıram. Mənə göstərilən bu etimadı ömrüm boyu doğrultmağa və Azərbaycan mədəniyyətinə yorulmadan xidmət etməyə çalışacağam. Sənətə və sənətkara göstərilən bu cür qiymətin və dəyərin analoqu yoxdur.

 

 

Fəridə MƏLİKOVA,

"Azərbaycan inciləri" qızlar

qrupunun və H.Məmmədov

adına Muğam üçlüyünün rəhbəri,

kamança ifaçısı

 

Azərbaycan.-2011.-20 sentyabr.-S.3.