Mərkəzi Seçki
Komissiyasının iclası keçirilmişdir
Sentyabrın 19-da Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının (MSK) iclası keçirilmişdir.
MSK-nın mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
əvvəlcə M.Pənahov gündəlikdəki məsələlər
barədə komissiya üzvlərinə məlumat
vermişdir.
Gündəlik
üzrə birinci məsələyə
baxılmış, Mərkəzi Seçki
Komissiyasının 2011-ci il 26 avqust tarixli
iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK-ya daxil olmuş bəzi
müraciətlərlə bağlı məsələyə
baxılmışdır. Müraciətlərin
araşdırılması üzrə komissiya
üzvlərinin məlumatları dinlənilmiş, 109
saylı Balakən, 42 saylı Sumqayıt ikinci,
43 saylı Sumqayıt üçüncü,
44 saylı Sumqayıt-Abşeron, 28 saylı Sabunçu
üçüncü, 95 saylı Tərtər,
76 saylı Lənkəran-Astara seçki
dairələrinə aid müraciətlərə
baxılmış və müvafiq qərarlar
qəbul olunmuşdur.
Daha sonra gündəliyin
üçüncü məsələsinə
baxılmış və komissiya üzvləri 61 saylı Neftçala
seçki dairəsi dairə seçki komissiyasının tərkibində
dəyişiklik edilməsi barədə qərar qəbul
etmişlər.
İclasın
sonunda MSK sədri M.Pənahov Azərbaycan
Prezidentinin 2006-cı il
28 dekabr tarixli Sərəncamı
ilə təsdiq edilmiş Azərbaycan
Respublikasında İnsan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planına uyğun
olaraq aşağı seçki
komissiyalarının maarifləndirilməsi proqramının
icrası ilə
bağlı məlumat vermişdir. MSK sədri aşağı seçki
komissiyalarının maarifləndirilməsi proqramının iki mərhələ üzrə - birinci mərhələdə dairə seçki komissiyalarının sədrləri
və ikinci mərhələdə isə
dairə seçki komissiyalarının
üzvləri və məntəqə seçki
komissiyalarının sədrləri üçün
keçirildiyini, bu prosesin sentyabrın 15-də uğurla
yekunlaşdırıldığını komissiya
üzvlərinin diqqətinə
çatdırmışdır.
İclasda kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Azərbaycan.-2011.-20
sentyabr.-S.4.