Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 16 sentyabr
2011-ci il tarixli 15
saylı müraciətə baxılması barədə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar N 8/28
76 saylı Lənkəran-Astara
seçki dairəsi dairə seçki komissiyasının həlledici səs
hüquqlu üzvü
Abbasov Səxavət Əmir oğlu 2011-ci il
sentyabrın 16-da Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına yazılı
müraciət edərək, 76 saylı Lənkəran-Astara seçki dairəsinin dairə seçki
komissiyası tərəfindən həmin seçki
dairəsinin ərazisində olan məntəqə
seçki komissiyaları
formalaşdırılarkən deputatları Milli
Məclisdə azlıq təşkil edən siyasi
partiyaların təmsilçilik normalarının pozulduğunu bildirib, bununla bağlı müvafiq
dairə seçki komissiyasının
13 avqust 2011-ci il tarixli 06/13 saylı qərarının qanunsuz olması səbəbindən ləğv
olunmasını və həmin şəxslər haqqında qanunla müəyyən edilmiş
qaydada tədbirlərin görülməsini
xahiş etmişdir.
Müraciət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
112 və 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki
komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın
tələblərinə uyğun tərtib
edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində
yaradılmış ekspert qrupunun
üzvü tərəfindən nəzərdən
keçirilərək, müvafiq rəy verilmiş və Mərkəzi Seçki
Komissiyasının iclasında baxılmışdır.
Daxil olunmuş müraciət nəzərdən
keçirilərkən müəyyən olunmuşdur
ki, şikayətçi Abbasov
Səxavət Əmir oğlu dairə seçki komissiyasının 13 avqust 2011-ci il tarixli iclasında komissiyanın həlledici səs
hüquqlu üzvü
olaraq iştirak etmiş və qərardan həmin gün məlumatlı
olmuşdur. Eyni zamanda qəbul olunmuş qərar
həmin gün dairə seçki
komissiyasının löhvəsindən asılmış və
qərarın mətni tam şəkildə
əks edilmiş iclas
protokolunun surəti 16 avqust
2011-ci il tarixində maraqlı şəxsə
verilmişdir.
Belə
ki, müraciətin daxilolma
tarixindən, 76 saylı Lənkəran-Astara seçki
dairəsi dairə seçki
komissiyasının 13 avqust 2011-ci il tarixli 06 saylı protokolundan və adı çəkilən
dairə seçki komissiyası sədrinin
məktubundan görünür ki, şikayətçi Abbasov
Səxavət Əmir oğlu dairə seçki
komissiyasının müvafiq qərarından
məlumatlı olmuş və şikayəti
şikayətvermə müddətinin ötürülməsi
ilə vermişdir.
Yuxarıda
göstərilən Təlimatın 7.1-ci bəndinə əsasən
seçki komissiyaları tərəfindən
şikayət qeydə alındıqından və
baxılması üçün ekspertə
təqdim edildikdən sonra ekspert
həmin şikayəti ilkin olaraq nəzərdən keçirir. Bu zaman ekspert
şikayətin Seçki Məcəlləsi
və bu Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə
qrup koordinatorunu məlumatlandırmaqla,
şikayətin onu təqdim edən şəxsə
geri göndərilməsinə dair rəy verməlidir.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
112.1-ci maddəsinə və "Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın
4.1.2-ci
bəndinə əsasən seçki
subyektləri vətəndaşların seçki
hüquqlarını pozan qərar və hərəkətlərdən
(hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya
alındığı, hərəkətin (hərəkətsizliyin)
baş verdiyi gündən
və ya maraqlı şəxsin bu haqda məlumat
aldığı gündən başlayaraq
3 gün müddətində şikayət
edə bilərlər.
Ona görə də müraciətdə qeyd
edilən qanun pozuntuları ilə əlaqədar
qanunvericiliklə müəyyən edilmiş
qaydada və müddətdə şikayət
verilmədiyindən, müraciət mahiyyəti üzrə
araşdırılmadan geri göndərilməlidir.
Yuxarıda
göstərilənləri əsas götürərək, Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə
və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın
1-ci, 2-ci, 4.1.2-ci, 6 və 7-ci bəndlərinə əsasən qərara
alır:
1. Vətəndaş Abbasov Səxavət
Əmir oğlunun Mərkəzi Seçki Komissiyasına daxil
olmuş 16 sentyabr
2011-ci il tarixli 15
saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti
ötürülməklə verildiyindən ərizəçiyə
geri göndərilsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib Mikayıl
Rəhimov
19.09.2011
Azərbaycan.-2011.-20
sentyabr.-S.5.