«Azərbaycan ixrac
kataloqu-2011» layihəsinin təqdimatı olmuşdur
Sentyabrın 19-da Azərbaycan Marketinq Cəmiyyətinin Xarici
İşlər Nazirliyinin dəstəyi
ilə həyata keçirdiyi "Azərbaycan
ixrac kataloqu-2011" layihəsinin təqdimatı
olmuşdur.
AzərTAc xəbər
verir ki, təqdimatda
Azərbaycan Marketinq Cəmiyyəti idarə
heyətinin sədri Rəhim Hüseynov
ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün
ixrac kataloqunun nəşrinin
əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan Marketinq
Cəmiyyəti bu il
ölkə şirkətlərinin rəqabətqabiliyyətli
məhsul və xidmətlərinin dünya
bazarlarına çıxarılması, yeni
xarici istehlak
bazarları və tərəfdaşların tapılması ilə
əlaqədar mövcud problemin
həlli məqsədilə sözügedən layihəni
həyata keçirmişdir.
Kataloq çap və
CD formatında 3 min nüsxə ilə, ingilis dilində hazırlanmışdır. Kataloq xarici ölkələrdəki
Azərbaycan diaspor təşkilatlarının,
beynəlxalq qurumların ölkəmizdəki nümayəndəliklərinin,
ictimai və dövlət təşkilatlarının
vasitəsilə yayılacaq, yerli və
beynəlxalq sərgi və konfranslarda təqdim
olunacaqdır. Kataloqda qeyri-neft
sektoru, əsasən qida
sənayesi, istehsal, xidmət, turizm, tikinti və digər
sahələr üzrə fəaliyyət göstərən
şirkətlər əks olunmuşdur.
Daha sonra xarici işlər nazirinin
müavini Mahmud Məmmədquliyev, Milli Məclisin deputatı
İlham Məmmədov və digər çıxış edənlər
kataloqun nəşrini Azərbaycanın ixracat
potensialının artırılması istiqamətində
çox səmərəli bir addım kimi qiymətləndirmişlər.
Azərbaycan.-2011.-20
sentyabr.-S.5.