Görkəmli şərqşünas
alim Aida
İmanquliyevanın xatirəsi anılıb
Dünən
AMEA-nın akademik Ziya
Bünyadov adına Şərqşünaslıq
İnstitutunun və Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin kollektivləri II Fəxri Xiyabanda
görkəmli şərqşünas alim
Aida İmanquliyevanın məzarını
ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə
əklillər qoyub, gül
dəstələri düzüblər.
Şərqşünaslıq
İnstitutunun direktoru,
Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva, Ailə,
Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova çıxış edərək
19 il öncə dünyasını dəyişmiş
böyük alimin keçdiyi 53 illik həyat yolundan,
zəngin və dəyərli elmi fəaliyyətindən
danışıblar. G.Baxşəliyeva Aida xanımın həm bir
alim kimi dünya şərqşünaslıq elminə
böyük töhfələr verdiyini, həm də bir
qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür
yaşadığını qeyd edib.
Aida xanımın elmi fəaliyyətinin
hər bir dövrünü xatırladan Gövhər xanım
alimin müasir ərəb ədəbiyyatının tədqiqində
yeni bir səhifə açdığını, yeni bir məktəbin
əsasını qoyduğunu söyləyib. Böyük
alimin qoyduğu zəngin elmi irslə yanaşı, elmi
kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən
söz açan G.Baxşəliyeva Aida xanımın Şərqşünaslıq
İnstitutuna rəhbərlik etdiyi dövrdə
bacarıqlı bir təşkilatçı kimi
özünü göstərdiyini vurğulayıb. G.Baxşəliyeva
Aida İmanquliyevanın itkisinin tək şərqşünaslığın
deyil, bütövlükdə Azərbaycan elminin böyük
itkisi olduğunu qeyd edib.
Azərbaycan.-2011.-20
sentyabr.-S.7.