Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilmişdir
Sentyabrın 19-da İqtisadi
İnkişaf Nazirliyinin
dəstəyi, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun
(AzPROMO) və Avstriya-Azərbaycan Ticarət
Palatasının təşkilatçılığı ilə
Azərbaycan-Avstriya biznes forumu
keçirilmişdir.
Tədbirdə rəsmi
şəxslərlə yanaşı, hər iki
ölkənin sənaye, kənd təsərrüfatı, tikinti, səhiyyə, logistika,
alternativ enerji,
tullantıların utilizasiyası və s.
sahələrdə fəaliyyət göstərən iş adamları iştirak
etmişlər.
Forumda çıxış edən rabitə və informasiya texnologiyaları naziri,
Azərbaycan-Avstriya Hökumətlərarası Komissiyanın
sədri Əli Abbasov,
iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Vyana
şəhərinin vitse-meri xanım Renate Brauner ölkələrimiz
arasında iqtisadiyyatın müxtəlif sahələrində
mövcud əməkdaşlığın
daha da inkişaf
etdirilməsi imkanları, iş
adamları arasında əlaqələrin genişləndirilməsinin
əhəmiyyəti barədə
məlumat vermişlər. Bildirilmişdir
ki, ölkələrimiz arasında dinamik inkişaf edən əlaqələrimizin
geniş perspektivləri vardır. Forum iki ölkə
arasında ticarət-iqtisadi əməkdaşlığın
inkişafına töhfəsini verəcəkdir.
Azərbaycanda
yaradılmış əlverişli biznes
və investisiya mühiti
ölkəmizi xarici investisiyalar
üçün cəlb etmişdir.
Natiqlər əldə edilmiş nailiyyətlərin
Azərbaycanda həyata keçirilən uğurlu
iqtisadi siyasətin nəticəsi olduğunu bildirmiş,
avstriyalı iş adamlarını ölkəmizdə
yaradılmış əlverişli biznes
mühitindən yararlanmağa dəvət
etmişlər.
AzPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın investisiya və
ixrac imkanları, rəhbərlik etdiyi fondun fəaliyyəti
və həyata keçirdiyi layihələr
barədə məlumat vermişdir.
Biznes forumunda
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti
Alon Şklarek,
Palatanın təsisçi üzvü Gabi Lanski, "TİNA Vienna" şirkətinin baş
direktoru Aleksandra Voql təmsil etdikləri qurumların fəaliyyəti
barədə təqdimatlarla çıxış etmişlər.
İkitərəfli görüşlərlə
davam edən görüşdə iqtisadi əlaqələr və
əməkdaşlıq perspektivləri müzakirə
olunmuşdur.
AzərTAc
Azərbaycan.-2011.-20
sentyabr.-S.7.