Malta Respublikasının
Prezidenti
zati-aliləri cənab Corc Abelaya
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik Günü
münasibətilə Sizə
və xalqınıza
ən səmimi təbriklərimizi yetirməkdən
məmnunluq duyuram.
Əminəm ki, Azərbaycan-Malta münasibətlərinin inkişafı,
dostluq və əməkdaşlıq əlaqələrimizin
möhkəmlənməsi və
genişlənməsi daim
xalqlarımızın mənafelərinə
xidmət edəcəkdir.
Belə
bir xoş gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost xalqınıza sülh
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 sentyabr 2011-ci il
Azərbaycan.-2011.-21 sentyabr.-S.1.