İqtisadi inkişaf əhalinin sosial rifahının yüksəlməsinə xidmət edir

 

 2011-ci ilin ötən aylarının nəticələri göstərir ki, Azərbaycanda iqtisadi tərəqqi davamlı xarakter almışdır. Ümumi daxili məhsul artmış, ölkədə abadlıq-quruculuq işləri geniş vüsət almış, yeni yerləri, sənaye müəssisələri açılmışdır. Bu isə sosial problemlərin həllini sürətləndirmişdir.

Bakıda Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Ölkəmizdə ağır vəziyyətdə yaşayan ailələrə dövlət tərəfindən dəstək verilir. Ağır vəziyyətdə yaşayan 125 min ailə dövlətdən ünvanlı sosial yardım alır. Dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bir dənə də olsun sosial proqrama dəyişiklik edilməmişdir. Bir dənə də olsun yubanma, yaxud da ki, geriləmə olmamışdır. Əksinə, bu il Azərbaycan pensiyaçılarının pensiya təminatı yaxşılaşdırılmışdır və orta hesabla pensiyalar 40 faiz artmışdır. Yaşlı nəsil üçün bu, birbaşa onların sağlamlığına verilən töhfədir".

Azərbaycan Prezidentinin 2009-cu ilin aprelində imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bölgələrdə sosial infrastrukturun yeniləşdirilməsini daha da sürətləndirmiş, ölkənin iqtisadi qüdrətinin artmasına töhfəsini vermişdir. Proqramın məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətlənməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına nail olmaqdır. Azərbaycanın sosial-iqtisadi inkişafının səviyyəsi bir daha təsdiq edir ki, ölkədə əhalinin sosial vəziyyəti ildən-ilə yaxşılaşır. Bu, ilk növbədə, vətəndaşların gəlirlərinin artması ilə müşayiət olunur.

Ölkənin iqtisadi imkanları günü-gündən genişləndikcə vətəndaşların yaşayış səviyyəsi də yüksəlir. Azərbaycanda yeni məktəblərin, səhiyyə obyektlərinin tikilməsi, infrastrukturun yeniləşdirilməsi, yolların, körpülərin inşası yüksək səviyyədə davam etdirilir. Bu işlərin respublikanın bölgələrində aparılmasının xüsusilə böyük əhəmiyyəti var. Regionların sosial-iqtisadi inkişafına dair  Dövlət Proqramı çərçivəsində bütün rayonlarda geniş infrastruktur layihələri həyata keçirilir, yeni istehsal sahələri və müəssisələr yaradılır, insanların gündəlik tələbatında rol oynayan xidmət sahələri fəaliyyətə başlayır, təzə yerləri açılır. Məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikilməsi, bəzilərinin isə əsaslı və cari təmiri gündən-günə sürətlənir. Paytaxtda və bölgələrdə infrastruktur əhəmiyyətli bir sıra obyektlər tikilib istifadəyə verilmiş, hazırda bu proses davam etdirilir. Bu ilin sonunadək təkcə Bakıda 5 beşulduzlu otel tikilib istifadəyə veriləcək. Ən yüksək standartlara uyğun olacaq həmin otellər dünyanın tanınmış otellər şəbəkəsinə daxil olacaqlar.

Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı insanların sosial şəraitinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində olduğunu bildirmişdir: "Bu ilin birinci yarısında həmişəki kimi sosial məsələlərin həlli də diqqət mərkəzində olmuşdurbu istiqamətdə çox vacib addımlar atılmışdır. Bəzi kateqoriya üzrə büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əməkhaqları qaldırılmışdır. Ən böyük nailiyyət pensiyaların artımı ilə bağlıdır. Qəbul edilmiş qərarlar nəticəsində  iyulun 1-dən 2006-cı ilə qədər pensiyaya çıxmış pensiyaçıların orta pensiyası təxminən 40 faiz artmışdır. İndi dəqiqləşmə gedir, hesablamalar aparılır və bu, çox böyük artımdır. Deyə bilərəm ki, bəlkə də dünya miqyasında bu illər ərzində  buna bənzər hadisə olmamışdır".

Xatırladaq ki, bu artım 900 minə qədər pensiyaçını əhatə etmişdir. Təbii ki, bu qədər insanın pensiyasını artırmaq güclü iqtisadiyyatın öhdəsinə düşür. Azərbaycan iqtisadiyyatı artıq belə bir səviyyədədir. Ötən illərin təcrübəsi bir daha  sübut edir ki, dövlət proqramlarının sosialyönümlülüyü ümumi inkişafı şərtləndirən səbəblərdəndir.

Aztəminatlı ailələrə dövlət qayğısı davam etdirilir. 125 min ailəyə ünvanlı sosial yardım edilmişdir. Hər ailəyə ayda orta hesabla 104 manat yardım göstərilmişdir. İqtisadiyyatın inkişafına hərtərəfli şərait yaradılması, çoxşaxəliyə nail olunması, sahibkarlığın, xüsusən də kiçikorta biznesin inkişafına dövlət dəstəyi, maaşların, pensiyaların mütəmadi artırılması, aztəminatlı ailələrə  yardım göstərilməsi və s. tədbirlər birmənalı şəkildə insanların həyat şəraitinin yüksəlməsinə yönəldilib.

Görülən tədbirlərin nəticəsində son yeddi ildə yoxsulluğun səviyyəsi beş dəfə aşağı düşübbu proses davam etməkdədir. İqtisadiyyatın inkişafının sabitliyinə, istehsal olunan məhsulların rəqabətə davamlılığına nail olmaq üçün həyata keçirilən proqramlar uğurla icra olunurbunlar bir-birini tamamlamaqdadır. Ölkə Prezidenti bu barədə demişdir: "Azərbaycanda bir neçə proqram icra edilir. Hər bir proqram konkret məna daşıyır. Heç bir proqram, sadəcə olaraq, hansısa bir niyyət, şüar xarakteri daşımır. Hər bir proqramın təməlində icra mexanizmləri, maliyyə resursları və düşünülmüş cədvəli vardır.

Regionlarda, o cümlədən regional inkişaf proqramının icrası nəticəsində təkcə bu ilin altı ayında 38 min yeni yeri açılmışdır və bu proses davam edir. Son illər ərzində 1 milyona qədər yeni yeri açılmışdır".

İnsanların həyat şəraitinin yaxşılaşmasına xidmət edən digər mühüm proqramlardan biri də Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramıdır. Bu il icrasına başlanmış bu vacib tədbir sürətlə həyata keçirilir. Ötən müddət ərzində paytaxtda və ətraf qəsəbələrdə çox mühüm quruculuq və abadlıq işləri həyata keçirilib. İcrası ölkə başçısının nəzarətində olan Dövlət  Proqramı çərçivəsində hər tərəfdə dünya standartlarına cavab verən infrastruktur yaradılır, sosial təyinatlı obyektlər tikilir, yeni yollar salınır, qazlaşdırma aparılır, su xətləri çəkilir və s. Proqramın icrasında ən mühüm cəhətin biri də əhalinin məşğulluğunu təmin etmək sahəsində görülən tədbirlərdir. Dövlət başçısı İlham Əliyev bu istiqamətdə görüləcək işlər barədə deyib: "Qəsəbələrdə yaşayan insanların məşğulluğu üçün konkret tədbirlər nəzərdə tutulub. O cümlədən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakıətrafı qəsəbələrdə də kreditlərin verilməsi prosesi başlanmışdır. Növbəti illərdə, yəqin ki, biz bunu daha da böyük məbləğdə edəcəyik ki, orada kiçik zavodlar, fabriklər yaradılsın və kənd təsərrüfatının inkişafı üçün lazımi layihələr icra edilsin.

Bax, bu iki proqram bironu göstərir ki, bizim düşünülmüş siyasətimiz var, bu siyasət bütün sahələri əhatə edir".

Bu gün ölkəmizin hər bir bölgəsində konkret proqramlar uğurla icra olunmaqdadır. Bütün bunların mərkəzində, ilk növbədə, insan amili, əhalinin həyat şəratinin yaxşılaşması dayanır. Bakıda Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Ölkəmizin keçmişinə xas olan yoxsulluq problemi də aradan qaldırılır. Yoxsulluq şəraitində yaşayanların sayı son 7 il ərzində 49 faizdən 9 faizə düşmüşdür". Təsadüfi deyil ki, bu gün Azərbaycan MDB məkanında rəqabətə davamlılığa görə birinci yerdədir. Beynəlxalq qurumların bəyanat və hesablamalarına görə də insan inkişafı indeksi ilə əlaqədar ən böyük irəliləyiş ölkəmizə aiddir. Güclü siyasi iradə, konkret dövlət proqramlarının həyata keçirilməsi nəticəsində davamlı sosial-iqtisadi inkişaf əhalinin rifah halının yüksəldilməsinə xidmət edir.

 

 

Azərbaycan.-2011.-21 sentyabr.-S.1.