ABŞ Dövlət Departamenti
Dağlıq Qarabağda keçirilən «qondarma»
seçkiləri tanımır
Dağlıq Qarabağın müstəqilliyi,
Birləşmiş Ştatlar da daxil olmaqla
dünyanın heç bir
ölkəsi tərəfindən tanınmır. ABŞ-ın belə rəsmi mövqeyini
Dövlət Departamenti mətbuat xidmətinin
rəsmisi AzərTAc-a Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki
separatçı rejimin sentyabrın 18-də
keçirdiyi "yerli
özünüidarə orqanlarına seçkilər"ə
münasibət bildirərkən demişdir.
Amerikalı diplomat
vurğulamışdır ki, bu "qondarma" seçkilər,
Dağlıq Qarabağın yekun hüquqi statusunun
münaqişənin danışıqlar yolu ilə dinc həlli
prosesinin geniş çərçivəsində müəyyənləşdirilməsinə
maneə törətməməlidir. O əlavə etmişdir:
"Biz, ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəflərlə
işləyərək Dağlıq Qarabağ münaqişəsinin
Helsinki Yekun Aktının prinsipləri, o cümlədən
zorakılıqdan çəkinmə, ərazi
bütövlüyü, insanların bərabər yaşamaq
hüquqları əsasında uzunmüddətli və dinc həlli
yolunun tapılmasına sadiq qalırıq".
Azərbaycan.-2011.-21
sentyabr.-S.2.