Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovu qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Bolqarıstan Respublikasının iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovu qəbul etmişdir.

Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov Prezident Georgi Pırvanovun salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetikaturizm sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı, yüksək səviyyəli səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi işinə böyük töhfə verdiyi qeyd edildi, iqtisadiyyat, energetikaturizm naziri Trayço Traykovun ölkəmizə səfərinin iqtisadi sahədə əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəmli olduğu bildirildi.

Dövlətimizin başçısı Bolqarıstan Prezidenti Georgi Pırvanovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Bolqarıstanın dövlət başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-22 sentyabr.-S.2.