Yekaterinburqda təhlükəsizlik
məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin
beynəlxalq görüşü keçirilir
Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, Təhlükəsizlik
Şurasının katibi Ramiz Mehdiyev tədbirdə
çıxış etmiş, bir sıra görüşlər
keçirmişdir
Sentyabrın 21-dən Rusiyanın
Yekaterinburq şəhərindəki "Hyatt Regency"
hotelində təhlükəsizlik məsələlərinə
cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq
görüşü keçirilir.
AzərTAc xəbər verir ki, tədbirdə
ölkəmizi Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, Təhlükəsizlik
Şurasının katibi Ramiz Mehdiyevin
başçılığı ilə Administrasiyanın
şöbə müdirləri Fuad Ələsgərov, Novruz Məmmədov
və Elnur Aslanovdan ibarət nümayəndə heyəti təmsil
edir.
Dünyanın 65 ölkəsindən
nümayəndələrin iştirak etdiyi ikigünlük
görüşdə təbii və texnogen fəlakətlər
zamanı əməkdaşlıq, informasiya cəmiyyətinin
formalaşması şəraitində beynəlxalq informasiya təhlükəsizliyi,
transmilli cinayətkarlığa qarşı mübarizə məsələləri
müzakirə olunacaqdır.
Beynəlxalq görüşdə
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
"Millətlərarası düşmənçilik və
dini dözümsüzlüklə əlaqədar
böhranlı vəziyyətlərdə ekstremizm təzahürlərinə
qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın
fəallaşdırılması problemləri" və
"Beynəlxalq informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə
ümumi yanaşmalar" mövzularında məruzələrlə
çıxış etmişdir.
Tədbir çərçivəsində
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik
Şurasının katibi Ramiz Mehdiyev Türkiyənin Təhlükəsizlik
Şurasının katibi Sərdar Kılıc ilə
görüşmüşdür. Görüşdə ikitərəfli
əməkdaşlıq məsələləri müzakirə
edilmiş, iki ölkənin Təhlükəsizlik
şuralarının gələcək planları və əməkdaşlığı
barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Prezidenti Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev Polşanın dövlət katibi,
Milli Təhlükəsizlik Bürosunun rəhbəri Stanislav
Kozey ilə də görüşmüşdür. S.Kozey azərbaycanlı
həmkarını Polşaya dəvət etmiş, həmçinin
iki ölkənin müvafiq qurumları arasında müqavilə
imzalanmasını və əməkdaşlıq
planının təsdiq olunmasını təklif etmişdir.
Həmçinin Ramiz Mehdiyev
Polşanın Milli Təhlükəsizlik Bürosunun katibini
Azərbaycana dəvət etmişdir. Tərəflər Azərbaycanın
Təhlükəsizlik Şurası və Polşanın Milli
Təhlükəsizlik Bürosu arasında əməkdaşlıq
haqqında müqavilə hazırlanmasına dair
razılığa gəlmişlər.
Görüşün sonunda Stanislav Kozey
Ramiz Mehdiyevə Polşa Milli Təhlükəsizlik
Bürosunun xatirə medalını təqdim etmişdir.
Azərbaycan.-2011.-22
sentyabr.-S.3.