Astanada
TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 29-cu
iclası keçirilmişdir
Astanada
TÜRKSOY Mədəniyyət Nazirləri Daimi
Şurasının 29-cu iclası öz işini başa
çatdırmışdır.
Şuranın iclasında TÜRKSOY-a
üzv dövlətlərin və müşahidəçi
statusu olan subyektlərin mədəniyyət nazirləri və
ya müavinləri, həmçinin qurumun baş katibi
Düsen Kaseinov iştirak etmişlər.
İclasda Düsen Kaseinov yenidən
2011-2014-cü illər üçün TÜRKSOY-un baş
katibi seçilmiş, Türkiyənin mədəniyyət və
turizm naziri Ertoğrul Günay qurumun müvəqqəti əlaqələndiricisi
olmuşdur.
Şuranın
iclasında bu ölkələr
arasında mədəni-humanitar sahələrdə əlaqələrin
daha da dərinləşdirilməsi,
Astana şəhərinin 2012-ci ildə türk dünyasının mədəniyyət
paytaxtı elan olunması çərçivəsində
keçiriləcək tədbirlər, 2012-ci ilin
görkəmli xakas şərqşünası və
türkoloqu Nikolay Katanovun anadan
olmasının 150 illik yubileyi
ilə bağlı "Katanov ili" elan olunması, türkdilli ölkələrin dövlət
müstəqilliklərinin 20-ci ildönümü
ilə əlaqədar keçirilən tədbirlər,
növbəti ildə TÜRKSOY-un fəaliyyət
proqramı və Mədəniyyət Nazirləri Daimi Şurasının 30-cu iclasına
hazırlıq və digər məsələlər
müzakirə olunmuş, müvafiq
qərarlar qəbul edilmişdir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Astana
Azərbaycan.-2011.-22
sentyabr.-S.3.