Azərbaycan ilə Argentina arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır

 

 Azərbaycanda səfərdə olan Argentina kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq nazirinin müavini Lorenso Basso sentyabrın 21-də kənd təsərrüfatı naziri İsmət Abasov ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, İ.Abasov qonağa ölkəmizin sosial-iqtisadi vəziyyəti, kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurlar barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, son on ildə dörd dəfə artan iqtisadiyyatımızın ayrılmaz parçası olan kənd təsərrüfatı da sürətlə inkişaf edir.

Nazir ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində imzalanacaq memorandumun Azərbaycan-Argentina əlaqələrinin inkişafına təkan verəcəyini bildirmişdir. Hər iki ölkənin fermerlərinin və iş adamlarının qarşılıqlı səfərləri kənd təsərrüfatı sahəsində əlaqələrimizin daha da genişlənməsinə mühüm təsir edəcəyini vurğulamışdır.

L.Basso bildirmişdir ki, Azərbaycana səfər etməsi və ölkənin aqrar sahədə əldə etdiyi uğurlarla tanış olması Argentina üçün böyük təcrübədir. Ölkəsinin bu sahədəki inkişafından danışan qonaq qeyd etmişdir ki, Azərbaycanın fermerləri və adamları Argentinadan ixrac olunacaq kənd təsərrüfatı texnologiyalarından yararlana bilərlər. Kənd təsərrüfatı sahəsindəki əməkdaşlığımız hər iki ölkə arasında ticarət dövriyyəsinin daha da artmasına təkan verəcəkdir.

İ.AbasovL.Basso "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı NazirliyiArgentina Respublikasının Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında" Anlaşma Memorandumunu imzalamışlar.

Sonda jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.

 

 

Azərbaycan.-2011.-22 sentyabr.-S.3.