Dağlıq Qarabağ
separatçıları növbəti dəfə
biabırçı duruma
düşdülər
Xəbər verildiyi kimi, Dağlıq
Qarabağın separatçı rejimi
sentyabrın 18-də Azərbaycanın işğal
olunmuş ərazisində "yerli özünüidarə orqanlarına
seçkilər" "keçirmişdir".
Əgər buna seçki
demək olarsa. Çünki
hansısa bir beynəlxalq təşkilatın
müşahidə missiyası tərəfindən izlənilməyən
və təbii ki, nəticələri hələ
əvvəlcədən tanınmayan bu seçki imitasiyası, sadəcə,
Dağlıq Qarabağın "müstəqil respublika" olduğunu dünayada tanıtmağa hesablanmış bir vasitədir.
Separatçıların
"seçkilər"i bu dəfə də
beynəlxalq ictimaiyyətin diqqətindən kənarda
qalmayıb. Təbii ki, yenə də ermənilərin
arzulamadığı bir şəkildə.
"Seçkini" pisləyən ilk bəyanat ABŞ-ın Dövlət
Departamentindən gəldi. Departamentin mətbuat xidmətinin rəsmisi bu məsələyə münasibət bildirərkən
demişdir: "Bu
"qondarma" seçkilər
Dağlıq Qarabağın yekun hüquqi statusunun
münaqişənin danışıqlar yolu
ilə dinc həlli prosesinin
geniş çərçivəsində
müəyyənləşdirilməsinə maneə törətməməlidir.
Biz ATƏT-in
Minsk qrupunun həmsədri
kimi tərəflərlə işləyərək
Dağlıq Qarabağ münaqişəsinin
Helsinki Yekun
Aktının prinsipləri, o cümlədən
zorakılıqdan çəkinmə, ərazi bütövlüyü,
insanların bərabər yaşamaq
hüquqları əsasında uzunmüddətli və dinc həlli yolunun
tapılmasına sadiq
qalırıq".
Ermənistan
tərəfinin işğalçılıq siyasətindən
irəli gələn destruktiv mövqeyinə
söykənən bu hərəkəti Azərbaycan
Konstitusiyası və beynəlxalq hüququn
norma və prinsipləri ilə ziddiyyət
təşkil etməklə yanaşı, hazırda davam edən sülh
danışıqlarına maneçilik törədir. Bu, rəsmi Yerevanın dəstəyi
ilə separatçı rejim tərəfindən
keçirilən birinci belə "seçki" deyil. Əvvələr
də işğal olunmuş
Azərbaycan ərazilərində qondarma respublika tərəfindən bir
neçə dəfə "parlament"
və "prezident seçkiləri" keçirilmişdir. Hər dəfə də
beynəlxalq təşkilatlar konkret sərt
mövqelərini ortaya qoymuş,
yaydıqları bəyanatlarda bu cür "seçkilər"i qeyri-legitim adlandıraraq onun
aparılan sülh
danışıqlarına kölgə saldığını
xüsusi vurğulamışlar.
Dağlıq Qarabağın separatçı rejiminin
keçirdiyi "seçkilər"i
birmənalı olaraq tanımayan beynəlxalq
təşkilatlar bu ərazidə hər
hansı bir legitim seçkinin problemin yoluna qoyulmasından sonra
keçirilməsinin mümkünlüyünü
bəyan etmişlər.
Beynəlxalq
təşkilatlar tərəfindən səslənən bəyanatlardan
o da hiss
olunur ki, Ermənistan
belə "seçkilər"lə Dağlıq
Qarabağın və Azərbaycanın digər ərazilərinin
işğalı və bu ərazilərdə
azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi etnik təmizləmə
siyasəti barədə
kifayət qədər xəbərdar olan
beynəlxalq ictimaiyyəti hec vaxt aldada bilməyəcək.
Sülh danışıqlarının intensivləşdiyi,
Dağlıq Qarabağ probleminin
həllinə maraq göstərən beynəlxalq
təşkilatların nikbin bəyanatlarının
çoxaldığı bir vaxtda qondarma respublikada keçirilən seçkilər göstərir ki,
rəsmi Yerevan problemin
masa ətrafında çözülməsində
qətiyyən maraqlı deyil.
Təbii ki, hadisələrin bu səpkidə
cərəyan etməsi Azərbaycanın mövqelərini daha da gücləndirir və
bu problemin tezliklə
ölkəmizin ərazi bütövlüyü
çərçivəsində həll olunacağını
söyləməyə əsas verir.
Elçin CƏFƏROV
Azərbaycan.-2011.-22
sentyabr.-S.8.